Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 567263
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə147 m2
Mərtəbə17 mərtəbə
Binanın mərtəbə sayı22 mərtəbə
Otaq sayı4 otaq
KreditKreditsiz
Main Yaşayış Kompleksi 22 mərtəbəli binanın 17 ci mərtəbəsində yerləşən 147 m2 qanuni 4 otaqdan ,3 otağa dəyişdirilmiş mənzil.İstəyə görə yenidən 4 otağa qaytarıla bilər.Mənzildə 1 böyük zal (33 m2) , 1 yataq otağı ( 33 m2), 1 uşaq otağı, 1 mətbəx, 1 hamam otağı, 1 tualet, 1 saxlama otağı,dəhliz , 2 balkon. Dəhliz ,Mətbəx ,Hamam və Tualet isti döşəməlidir. Şəkillərdə əks olunan bütün mebel və elektron avadanlıqlar saxlanılır.Mənzil 2 il öncə sıfırdan təmir olunub və bütün mebel və texnika demək olarki təzədir.Təmir zamanı yalnız keyfiyyətli məhsullardan istifadə olunub.Elektron texnikaların əksəriyyəti Bosch və LG markasına məxsusdur. 2 ədəd kondisioner,4 ədəd LG TV, qab yuyan Bosch,paltaryuyan LG,soyuducu LG,kombi Bosch,qaz və soba Bosch.Şəxsi evimdir , maklerlər narahat etməsin və şəkil istəməsin! -1 mərtəbəsində mənzilə aid 3 avtomobillik icarədə olan qaraj və elektrikli avtomobili şarj etmək üçün cərəyan mövcuddur. 24 saat mühafizə , qaz , su, işıq daimidir. 3 ədəd sürətli lift mövcuddur.