Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Sahə
430 m2
Otaq sayı
7 otaq
Kredit
Kreditsiz
Satılır: Birbaşa mülkiyyətçinin özündən. (Vasitəçilər də əlaqə saxlaya bilər) • Tikinti və təmiri yeni, 2026-da başa çatmış Villa Əhmədlinin ən prestijli yerində, Əhmədli metrosunun tam yaxınlığında, metrodan piyada 4 dəqiqəlik, maşınların səs küyü olmayan, təmiz havalı tupik bir yerdə yerləşir. • 5 sot torpağın içində Üçmərtəbəli Villa (2 + geniş və hündür içdən hörgülü Mansard). • Torpağın da, evin də Kupçası var. Bilənlər bilir, burada torpağın 1 sotunun qiyməti neçəyədir. • Ümumi 430 kv-lıq Villanın həyətində 8 maşınlıq parkovka üçün tamet sahə, 80 kv-lıq yaşıllıq sahə, 28 ağac, besedka, çöl sanitar qovşağı, evin aşağısında isə əşya yığmağa zirzəmi var. Həyətdə keyfiyyətli drenaj sistemi və güclü işıqlanma vardır. • 1-ci mərtəbədə 60 kv-a yaxın böyük zal, geniş və hündür tavanlı hol, mətbəx, ümumi sanitar qovşağı, yaşlı yataq otağı və otağın içində əlavə sanitar qovşağı yerləşir. • 2-ci mərtəbədə eynilə hündür geniş hol, həyətə baxan balkon, 4 geniş yataq otağı, ümumi sanitar qovşağı və otaqların birinin içində əlavə sanitar qovşağı yerləşir. • 3-cü mərtəbədə 120 kv-lıq geniş Mansardı istənilən təyinat üzrə istifadə etmək olar (Əlavə otaqlara da ayırmaq olar, geniş istirahət yeri kimi də saxlamaq olar) • Tikinti və təmir: 1-ci və 2-ci mərtəbənin üzəri yüksək marka beton monolit, 14 kolonla tikilib. Evin fasadı üç tərəfdən 1-ci sort aqlayla işlənib. Santexnik divariçi Türk markası, yüksək sort Calvin model kermoqranit, Kombi istipol və radiator sistemidir. Pilləkənlər və padoqolniklər bahalı mərmər, tökmə aliminium məhəccər, A Class oboylar və əl işi lepkalardan istifadə olunub. Mebellər və qapılar (Şam ağacı) ən yüksək keyfiyyətli MDF maşın boyası ilə yığılıb. • Otaqların hər birində mərkəzi kondisioner elektrik xətti çəkilib. Eynilə həm darvazının girişi, həm də evin fasadının hər bir tərəfindən mərkəzləşdirilmiş kamera sistemi də çəkilib. Qeyd: Villa sırf şəxsi yaşayış üçün tikildiyi üçün inşaatı və təmiri çox keyfiyyətli və dözümlüdür. Qiymət: 880000 Manat