İsmayıllı / Həyət evi - Villa
05.04.2026
Elan nömrəsi: 561023
www.evv.az Mülkiyyətçi
39.000 AZN 260 AZN/m2 Satılır
Təmirli
İsmayıllı. Aşıqbayramlı kəndi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.04.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 561023
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 150 m2
Otaq sayı 4 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Ev 2020-ci ildə 39 000 manata tikilib, amma indi tikinti materialları, işçi haqqı və torpaq qiymətləri bahalaşıb. Amma sizə təklif olunur ki, evi köhnə qiymətlə alasınız, torpağı isə pulsuz götürəsiniz. Bu, çox yaxşı bir təklifdir. İsmaillı rayonu Aşıxbayramlı kəndində (maqistral yolun alt hissəsində) 150 kvadrat metirlik ev (mansarlı) və 53 sot torpaq bir yerdə satılır.Evin və torpaqın çixarışı (kupçası) var bütün sənədlər qaydasındadır. Bağda 200 müxtəlif növ ağac var ki, hal hazırda bu ağacların hamsı bar verir 7 yaşlı ağaclardır. Evin krosna antenası və təmir olunmus mətbəxi vardır. Ev 2020 - ci ildə tikilib. Evdə yaşayış olmayib. Çöl 3 qapısı dəmirdəndir birinci dəmir qapı evə açılır — burada böyük otaq, mətbəx, tualet, hamam və geniş mansard var. İkinci dəmir qapı mühafizəçinin otağı üçündür, onun ayrıca tualeti də var. Üçüncü dəmir qapı zal hissəyə açılır — siz bu zalı evə birləşdirə, turistlərə kirayə verə, arılar üçün qışlama yeri kimi istifadə edə və ya əşyalar saxlaya bilərsiniz — bu artıq sizin seçiminizdir. Mansartda su bakı var. Komunikasıya xətləri dövlət tərəfindən çəkilmişdir. Ayrıca ağacları sulamaq üçün su motoru var. Yaxınlıqda gözəl təbiətə malik böyük təmir olunmuş dərin göl var. Orada turistlər dayanır dincəlmək üçün, gölün bəzi yerlərində isə tilovla balıq tutmaq olar.Evdəki krandan bulaq suyu axır. Evdə internet və Wi-Fi var. Ətrafdakı dağlarda çoxlu qaratikən gülləri və digər müalicəvi güllər və bitkilər var. Arıçılıq üçün əla yerdir, yüksək keyfiyyətli və bahalı bal alınır.Bu ərazidə bir arı ailəsindən 10–20 kq çox keyfiyyətli və baha qiymətə olan qaratikən balı əldə etmək mümkündür. Burada təmiz hava var, 100 metr məsafədə çay axır, yaxınlıqda suyu evə çəkilmiş bulaq var və təxminən 200 metr məsafədə artezian suyu mövcuddur. Evin yanında hovuz tikmək mümkündür.Zaqar üçün əla günəş. Ev və torpaq yolun kənarında yerləşir, obyekt tikmək və ya evin bir hissəsini turistlərə icarəyə vermək olar harada ayrıca dəmir qapı var yada başka ev tikib turistlərə vermək. Barter Bakı ətrafında yerləşən mənzillə mümkündür.Pəncərədən dağlara gözəl, möhtəşəm mənzərə açılır. Təmiz hava.Bağdan olan meyvələr təbidir, kimyəvi maddələrsizdir. İsmayıllıda yeni tikilmiş yol təxminən yarım saat daha tez çatmağa imkan verir.Güllərin üzərinə kəpənəklər, arılar və digər gözəl həşəratlar qonur.Futbol, voleybol və digər oyunları oynamaq olar — ərazi böyükdür. Əgər desəniz, yerli sakin bütün sahədəki hündür yaşıl otları və çiçəkləri pulsuz biçəcək və onları öz heyvanları üçün aparacaq.Evin divarları iki qat daşla hörülüb.Yaxın kəndlərdə təbii yumurta, süd və bal almaq olar nömrəni verə bilərəm. İsmayıllıda çox gözəl təbiətə malik bir qoruq var — orada gözəl heyvanlar, quşlar, həşəratlar və xaricdən gətirilmiş bizonlar yaşayır.Həyətdə bağda besedka, manqal, samovar, yelləncək və turnik quraşdırmaq olar.Qonşular təxminən 150 metr məsafədə yaşayır — istirahət üçün sakit yerdir.İsmayıllıda evə gedən yolda bir yerdə iki növ bulaq var — Bədo bulağı. Bu çox şəfalı və müalicəvi bulaqlardır. Turistlər dayanır və hər iki bulaqdan su götürürlər.Əgər bağda banan ağacı əkilsə, qonşudakı kimi bitəcək. Qiymət razılaşma yolu ilə. Ev + 12 sot bağ = 39 000 Ev + 37 sot bağ = 49 000 10 sot bağ=9 000 20 sot bağ = 18 000 35 sot bağ = 28 000 İbrahim müəllim WhatsApp 051-699-60-82
Zəng et
Bənzər elanlar