Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
04.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 558564
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə200 m2
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Vişnyovkada 4 yol deyilən yerə yaxın iki mərtəbəli tam təmirli və tam əşyalı ilin 4 fəsli yaşamaq üçün uyğun olan ev satılır. Ev 2 uzun hol, 2 sanuzel, 5 otaq, 1 mətbəx, 2 qarderob otağı, geniş veranda və balkondan ibarətdir. Ümumilikdə çox işıqlı evdir, memar layihəsi əsasında lisenziya ilə inşa edilmiş evdir. Evin bütün divarları cüt daş, fundament, yerdən 5 daş kürsülü, monolit və dam örtüyündən əvvəl kəmərlə bağlanmışdır. Dam örtüyü Almaniya istehsalı və 25 il qarantiyalıdır. Həyətində müxtəlif növ bar verən və dekorativ ağaclar və bitkilər əkilmişdir. Qonşuluqda hər kəs sakit, mədəni və vəzifəli şəxslərdən ibarətdir, ona görə tam təhlükəsiz və sakit yerdir, amma yenə də evi 24 saat müşahidə etmək üçün mühafizə kameraları quraşdırılmışdır. Ev bütün əşyaları və texnikası ilə bir yerdə satılır. Sənədi kupçadır - həm torpaq, həm də ev qeyd olunub. Alqı-satqıya tam hazır evdir, istəyə uyğun ipotekaya da yararlıdır.