Satılır 5 otaqlı həyət evi/bağ evi 280 m², Albalılıq q.
02.04.2026
Elan nömrəsi: 554175
bina.az Mülkiyyətçi
475.000 AZN 1.696 AZN/m2 Satılır
Təmirli
Bakı. Sabunçu Albalılıq
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.04.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 554175
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 280 m2
Otaq sayı 5 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
12 sot torpaq sahəsində, hovuzlu və qapalı terraslı 3 mərtəbəli bağ evimi satıram. Evin ümumi sahəsi 280 m²-dir. 1-ci mərtəbədə geniş qonaq otağı, mətbəx (soyuducu, plitə, soba, mikrodalğalı soba daxil), anbar otağı, sanitar qovşaq və sauna üçün nəzərdə tutulmuş hamamı olan otaq (yataq otağı və ya cabinet kimi istifadə etmək olar) var. 1-ci mərtəbədən çox geniş və qapalı terrasa çıxış var. Terras ilboyu istifadəyə yararlıdır. 2-ci mərtəbədə 3 yataq otağı, camaşır otağı (paltaryuyan daxil), 2 sanitar qovşaq (hamam və tualet) yerləşir. 3-cü mərtəbə mansard tipli hündür otaqdır və uşaqlar üçün oyun otağıdır. Bütün mərtəbələr ayrı ayılıqda kondisioner (cəmi 4 ədəd) ilə təmin olunub. Həmçinin evə bitişik çöl istifadə üçün tualet və geniş texniki otaq mövcuddur. Texniki otaqda 2 kombi, su üçün filter, motorlar və yumuşatıcı, termo izolyasiya olunmuş 2 tonluq təmiz su çəni var. Həyətdə əlavə olaraq 6 tonluq dəmir su çəni mövcuddur. Həyətdə isti yay ayları üçün ideal olan açıq hovuz mövcuddur. Bağ baxımlıdır və yaşıllıqla əhatələnmişdir. 100-dən meyvə (hamısı bar verən əncir, üzüm, alma, badam, tut, heyva, gavalı, nar, yapon iydəsi, innab, armud, ərik və yaşlı zeytun) və dekorativ (6-7 m hündürlüyündə eldar şamı, evkolipt, limonnı şam) ağacları var. Bağ evi 2019-cu ildə şəxsi istifadə üçün keyfiyyətli materiallardan inşa edilib. Təmiz hava axını üzərəində yerləşdiyi üçün daima sərin və sağlamlığa xeyirli havası var. Bağ mebellər ilə billikdə satılır. Evimi özüm satıram və xahiş edirəm vasitəçilər narahat etməsin.
Zəng et
Bənzər elanlar