Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 551987
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə102 m2
Mərtəbə4 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mənzil şəxsi yaşayışım olub. Əşyalı və ya əşyasız satıla bilər. Real müştəri ilə qiymətdə razılaşmaq mümkündür. Ünvan: 10-cu mikrorayon, Kristal Abşeron yaşayış kompleksi. Qanuni 3 otaqlıdır. Kupçalıdır və ipotekaya yararlıdır. Mənzil əşyalıdır, bütün əşyalar brend markalardan seçilib. Həmçinin mənzildə membran materialdan hazırlanmış zövqlü şkaflar quraşdırılıb. Divardan yığılan ütü masası da mövcuddur. Ümumi sahəsi 102 kv.m-dir. Otaqlar genişdir və sahə optimal şəkildə bölünüb. Mənzildə 2 eyvan var və binanın hər iki tərəfinə baxır, yelçəkəndir. Eyvanlarda keyfiyyətli materialdan hazırlanmış asılqanlar quraşdırılıb. Eyvanlardan biri plastik cambalkonla örtülüb və çöldən görünməyən keyfiyyətli şüşələrdən istifadə olunub. Döşəmə bahalı parketdir. Mənzildə 2 ədəd Bosch markalı kondisioner quraşdırılıb. 2 sanitar qovşaq mövcuddur, hər birində ayrıca duş kabin və sanuzel var. Təmir zamanı yalnız keyfiyyətli material və aksesuarlar istifadə olunub. Kombi istilik sistemi (balkonda yerləşir). Qaz, su və elektrik daimidir. Domofon, kabel TV və internet mövcuddur. Binada 2 ədəd yeni sürətli lift var. 24/7 mühafizə xidməti fəaliyyət göstərir. Uşaq meydançası mövcuddur. Yaxınlıqda məktəblər, bağçalar, müxtəlif mağazalar, marketlər və parklar yerləşir. Yeraltı parkinq mövcuddur.