Abşeron / Masazır / Həyət evi - Villa
24.03.2026
Elan nömrəsi: 537954
bina.az Mülkiyyətçi
350 AZN 5 AZN/m2 Kirayə
Təmirli
Bakı. Abşeron Masazır Masazır qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
24.03.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 537954
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 75 m2
Otaq sayı 4 otaq
Kredit Kreditsiz
EV SAHİBİYƏM : ev özümündür və makler evi deyil, özüm üçün tikmişik, başqa yerdə qalacam deyə evi kirayə verirəm, bu qiymətə belə şəraitdə ev yoxdur, tez kirayə verə bilim deyə normal qiymətə qoymuşam nə çox ucuz nə çox baha. Ev 142 nömrəli avtobusun son dayanacağındadır, avtobusdan evə yarım dəqiqə piyada məsafədir, demək olar ki darvazaya kimi şüşə asvaltdır, darvazadan birazca aralıda təxminən 30 metrdən sonra başlayır asvalt, asvalta kimi də daş torpaq qarışıq yoldur, Xırdalan kruquna 5 dəqiqə maşın yolu var. Məhləmizdə uşaq bağçası, məktəb, bərbər, diş həkimi, al market oba market, dönərxana, iki dənə 1001 xırdavat mağazası, təndirxana və s. yaşamaq üçün lazım olan hər bir obyekt cəmi 1 dəqiqə piyada məsafədədir, ev bütün bu Cantəpənin ən kurort yerində yerləşir. 3 otaq + 1 mətbəxdən ibarət həyət evidir. Həyətə maşın daxil ola biləcək yer var amma darvazası balacadır deyə girə bilmir. Uzun həyəti var, kabab manqal qalamaqlıq qonaq qəbul etməklik kifayət qədər həyəti var, wifi su qaz işıq kəsintisiz daima var. Həyətdə 3 ton su çəni var, burda su bir gündən bir gəlir, amma su çənini dolu saxlasanız demək olar ki elə suyunuz daima kəsintisiz olur. Evin bütün otaqları ful metlaxdır, isitmə sistemi iki cürdür. Mərkəzi isitmə sistemi var iran peçi ilə əgər qaz çox getsin istəmirsinizsə. Kombi ilə isitmə sistemi də var metlaxın altı bütün otaqlarda istipoldur, yandıranda elə bilirsən Cantəpədə yox Cənnətdəsən. Hamam tualetində hamam vannası var, otaqlarda pərdə yoxdur, pərdənin karnizin vurmaq üçün gizli paduqa quraşdırılıb amma karniz yoxdur, pəncərələrdə jalüz var, pərdə əvəzinə jalüz quraşdırmışıq zebra jalüz də deyirlər buna. Əlavə məlumat üçün əlaqə saxlayın zəhmət olmazsa, endirim olmayacaq qəti burda aslvalta yaxın olan təmirli evlərin minimum kirayəsi 400 450-dən başlayır.
Bənzər elanlar