Bakı / Mərdəkan / Həyət evi - Villa
19.03.2026
Elan nömrəsi: 531618
tap.az Mülkiyyətçi
209.000 AZN 2.613 AZN/m2 Satılır
Bakı. Xəzər Mərdəkan Mərdəkan qəs.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
19.03.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 531618
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 80 m2
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Çem Marketin yanında, 3 otaqlı, hovuzlu, navesli şəxsi evimi bütün əşyaları ilə bir yerdə satıram. Ev 4 fəsil yaşamaq üçün idealdır, hal hazırda da yaşayırıq. 7 metrlik filterli Hovuzu yay və qış üçün yararlıdır. Hovuzun ayrıca Kombi qızdırıcısı var. Qəşəng qazonu, dekorativ ağacları, üzümü, qızılgülləri var. İndi payızdır deyənə biraz solğunluq var. Amma payız, yaz və yayda həyət çox gözəl görünür. Navesində manqalnısı, yay mətbəxi, taxta stol stulu və plastik hörgülü divan kreslosu var. Həyətdə sanuzel də var. Evin altı 2 metr hündürlüyündə zirzəmidir. Bütün artıq əşyaları yığmaq üçün idealdır. Ərazi olaraq da çox sakit yerdir. Səsküydən, maşın səsindən uzaqdır. Təmiz havası və sakitçiliyi nəyə desən dəyər. Adamın ürəyi açılır. Davamlı post patrul var deyə, oğurluqdan, narahatlıqdan söz belə gedə bilməz. Yayda belə evlərin gündəlik kirayəsi 300-350 manat olur. Torpaq sahəsi 4 sotdur. Sənədlə 3,42. Ərazidə torpağın sotu ən ucuz 25 min manatdır. Yeri də əladır, çünki Mərdəkanın içinə girib, probkaları görmürsən. Makaronnu deyilən yerdən sağa, 2 kilometr içəridir. Qala yolu ilə də gəlmək olur, rahatdır yolu. 2 kondisioner, 2 kombi, 2 televizor, 2 soyuducu, qonaq otağı dəsti, yataq otağı dəsti, mətbəx mebeli, bir sözlə hər şey var və hər şey qalacaq. Makler deyiləm, öz evimdir. Ancaq nağd satıram, kreditə, ipotekaya falan girişmirəm. Sənəd paket kupçadır. Öz ailəmlə orada qeydiyyatdayıq. Barter metroya yaxın , 4-5 otaqlı bina evi ilə etmək olar.
Bənzər elanlar