Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 526666
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Metro28 May
Sahə117 m2
Mərtəbə4 mərtəbə
Binanın mərtəbə sayı4 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
ABŞ səfirliyinin yanında , şəhərin çox əlverişli və prestijli ərazilərindən birində yerləşən mənzil satışa təqdim olunur. Mənzil qanuni 3 otaqalıdır , sahəsi 117kv təşkil edir. Yerləşməsi xüsusilə əlverişlidir, çünki bu ərazi Bakixanov, Rəşid Behbudov və Azadlıq prospektlərinə çıxışı olan nadir nöqtələrdən biridir. . Mənzil 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Dam (çardaq) da mənzilə məxsusdur və bu, gələcəkdə genişləndirmə və əlavə istifadə imkanları yaradır. Evdə 3 ayrı otaq, geniş mətbəx və həyətə baxan böyük balkon mövcuddur. Mənzilə giriş blokdandır, lakin eyvana çıxış da var və planlaşdırması bir qədər fərqli və maraqlıdır. . Evin tavan hündürlüyü 3.20 metrdir, divarların qalınlığı isə 80 sm-dir ki, bu da həm istilik, həm də səs izolyasiyası baxımından üstünlük yaradır. Mənzildə iki işlək divar kamini var və qış aylarında ev onların vasitəsilə qızdırılır. Bina Axundov layihəsinə aiddir. Həyət geniş, sakit və rahatdır, avtomobil saxlamaq üçün kifayət qədər yer mövcuddur və qonşuluq kontingenti çox yaxşıdır. Mənzilin yaxınlığında Koala, Koroğlu, Şevçenko və Dədə Qorqud parkları yerləşir. 28 May metro stansiyasına piyada təxminən 6–7 dəqiqəlik məsafə var. . Əlavə məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Ofis haqqı: Alıcı tərəfindən 1%