100 sot Torpaq
15.03.2026
Elan nömrəsi: 525326
binam.az Vasitəçi
1.700.000 AZN Satılır
Bakı. Suraxanı Suraxanı Suraxanı qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.03.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 525326
Haqqında məlumat
Obyektin növü Torpaq sahəsi
Torpaq sahəsi 100 sot
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Suraxanı rayonu ərazisində 100 sot (1 hektar) torpaq sahəsi satılır. Torpağın çıxarışı (kupça) var və bütün sənədlər tam qaydasındadır (Təyinatı: Kənd təsərrüfatı və kənd təsərrüfat məhsullarının istehsalı) Torpaq sahəsi tam yol kənarında yerləşir və əsas magistral yola çox yaxın məsafədədir. Ərazi logistika və kommersiya baxımından olduqca əlverişli mövqedədir. Sahə iri təsərrüfat fəaliyyəti, anbar kompleksləri, istehsalat sahələri və digər kommersiya obyektlərinin tikintisi üçün ideal seçimdir. TIR və digər iri yük maşınlarının rahat şəkildə daxil olub çıxması üçün geniş giriş-çıxış imkanları mövcuddur. Torpaq sahəsinin ümumi ölçüsü 100x100 metrdir və ümumi sahəsi 1 hektardır. Elektrik təminatı üçün 160 kV-luq transformator üzrə texniki şərt mövcuddur. Qazlaşdırma üçün texniki şərt alınıb. Ərazidə əlavə olaraq 20 tonluq yeraltı su hovuzu da mövcuddur. Sahənin daxilində yarımçıq tikili bina yerləşir və ümumi sahəsi 2000 kv.m-dir (1000 kv.m aşağı mərtəbə, 1000 kv.m yuxarı mərtəbə). Bundan əlavə, ərazidə anbarlar, 100 kv.m əlavə tikili və tam təmirli 2 mərtəbəli ofis binası mövcuddur. Ofis mebel ilə təchiz olunub və istifadəyə tam hazır vəziyyətdədir. Bu əmlak istehsalat, logistika, anbar və digər biznes layihələri üçün çox əlverişli investisiya fürsətidir. KOD:5340
Bənzər elanlar