Satılır / Həyət evi / Villa / Xaçmaz
11.03.2026
Elan nömrəsi: 515832
evv.az Mülkiyyətçi
18.000 AZN 180 AZN/m2 Satılır
Xaçmaz. Xaçmaz Satılır / Həyət evi / Villa / Xaçmaz
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(994) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.03.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 515832
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 100 m2
Torpaq sahəsi 4 sot
Otaq sayı 3 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Ev Xaçmaz şəhərində, Qaraçı kənd yolu istiqamətində, yolun sağ tərəfində yerləşən yeni yaşayış massivində yerləşir. Yerdən 3 kubik hündürlükdə, səkili həyətyanı evdir. Ev 4 sot torpaq sahəsində yerləşir, sənədləri tam qaydasındadır. Son satış planına uyğun olduğuna görə, dövlət balansında qalan ərazilərdən bu plana əsasən əlavə pay düşür və zəbt olunmuş sahə ilə birlikdə ümumi ərazi təxminən 9 sota yaxın olur. Ev 3 geniş otaqdan ibarətdir və içindəki əşyalarla birlikdə satılır, heç nə götürülməyəcək. Həyətdə toyuq damı var, qarşı hissəsi setka ilə səliqəli şəkildə hasarlanıb. Əlavə əşyaların saxlanılması üçün 4x3 ölçüdə tikili otaq mövcuddur. Bundan başqa, təsərrüfat üçün yeni tikilmiş, hündür, 10x4 ölçüdə böyük tövlə var və qapısı dəmir seyf qapıdır. Həyətdə 1500 litrlik dəmir su çəni quraşdırılıb. Qaz, işıq, su və internet xətləri tam çəkilib. Hazırda yaşayış olan evdir. Evin bütün ərazisi dörd tərəfdən kubik və setka hasarla əhatə olunub. Mənzərəli və sakit ərazidə yerləşir. İki dəmir darvazası var: biri həyətə giriş, digəri isə təsərrüfat sahəsinə və tövləyə giriş үчündür. Evin qarşısına 1 saqman qırma daş tökülərək səliqəli şəkildə yayılıb. Evin sənədləri qaydasındadır. İki qoşa təhlükəsizlik kamerası quraşdırılıb və istənilən yerdən telefon vasitəsilə müşahidə etmək mümkündür. Ərazi kənd deyil, Xaçmaz şəhər planlarına daxildir. Dəmir yolunun yuxarı hissəsində, Qobuqırağı adlanan aşağı hissədə, yeni yaşayış massivində yerləşir. 2 nömrəli marşrut xətti işləyir. Hər cür təsərrüfat üçün əlverişli ərazidir. Real alıcı ilə qiymətdə endirim olacaq.
Zəng et
Bənzər elanlar