Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
09.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 513206
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə75 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı5 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Nizami rayonu, Qara Qarayev prospektində, Xəzər Klinikası və 210 nömrəli məktəbin yaxınlığında yerləşən 75 kv.m sahəsi olan qanuni 3 otaqlı mənzil satışa təqdim olunur. Mənzil 5 mərtəbəli “Xruşşovka” layihəli binanın 1-ci mərtəbəsində yerləşir və orta təmirlidir. Planlaşdırması rahatdır, otaqlar geniş, işıqlı və funksionaldır. Mənzil yaşayış üçün tam uyğundur və əlavə böyük xərc tələb etmir. Mənzildə bütün kommunikasiya xətləri mövcuddur. Kanalizasiya sistemi işlək vəziyyətdədir və bina mərkəzi istilik sistemi ilə təmin olunub ki, bu da qış aylarında mənzilin isti və rahat olmasını təmin edir. . Binanın həyəti geniş və abadlaşdırılmışdır. Həyətdə sakinlərin istifadəsi üçün stadion və uşaqlar üçün oyun meydançası mövcuddur. Ərazi sakit və yaşayış üçün əlverişli məkan hesab olunur. Mənzil Nefçilər metrosuna təxminən 5 dəqiqəlik məsafədə yerləşir. Bu da şəhərin müxtəlif istiqamətlərinə rahat və sürətli gediş-gəliş imkanı yaradır. Ətrafında 210 nömrəli məktəb, uşaq bağçaları, supermarketlər, apteklər və digər zəruri infrastruktur obyektləri yerləşir. Bu səbəbdən həm ailəvi yaşayış, həm də investisiya məqsədilə çox uyğun seçimdir. . Mənzilin sənədləri tam qaydasındadır və alqı-satqıya hazırdır. Qeyd: Ofis haqqı alıcı tərəfdən 1% təşkil edir. Əlavə məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.