Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
07.03.2026
Baxışların sayı: 0Elan nömrəsi: 510135
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə70 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı5 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Eksperimental layihəli daş binada yerləşən 3 otaqlı mənzil satılır. Bina 5 mərtəbə + texniki mərtəbədən ibarətdir və 1994-cü ildə istismara verilib. Mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 70 m² təşkil edir. Mənzil çıxarışlıdır (kupça var). Mənzil 3 otaq, mətbəx, 1 balkon və 2 sanitar qovşaqdan ibarətdir. Təmir zamanı çox keyfiyyətli materiallardan istifadə olunub: döşəmə palıd parket, divarlar keyfiyyətli divar kağızı, tavan alçıpan və boya, qapılar isə MDF və boya ilə hazırlanıb. Sanitar qovşağın tavan hissəsində ekoloji təmiz materialdan hazırlanmış 250 litrlik ehtiyat su çəni quraşdırılıb. Mənzildə su, qaz və işıq daimidir və mərkəzi istilik sisteminə qoşulub. İllik istilik xərci təxminən 58 AZN təşkil edir. Balkonda keyfiyyətli materialdan hazırlanmış şkaflar quraşdırılıb. Giriş hissəsində, yataq otağında, mətbəxdə və balkonda divar boyu quraşdırılmış mebellər satışa daxildir. Daşınan əşyalar satışa daxil deyil. Mənzilin əsas üstünlüklərindən biri sakit həyət və mehriban qonşuların olmasıdır. Ərazi baxımından da çox əlverişli yerdə yerləşir – yaxınlıqda məktəblər (12 və 32 nömrəli), Texniki kollec, uşaq bağçası, Koroğlu metrosu, marketlər və digər lazımi obyektlər mövcuddur. KOD: 0599