Qəbələ / Həyət evi - Villa
02.03.2026
Elan nömrəsi: 496454
tap.az Mülkiyyətçi
100 AZN 1 AZN/m2 Günlük kirayə
Qəbələ. Qəbələ Qəbələ ş.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.03.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 496454
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 75 m2
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
Qəbələ hovuzlu bağ evi. Ev çox sakit bir yerdə, dağlara və meşəyə açılan əsrarəngiz mənzərəsi ilə seçilən Tüntül kəndindədir. Qəbələ rayonunun bütün istirahət mərkəzlərinin yaxınlığında yerləşir, evin yerləşdiyi yerin 300 metrliyindən meşə massivi başlayır, gəzinti üçün əla yerdir. Evin yaxınlığında (2km məsafə) Yengicə Hotel və spa mərkəzi işləyir, naftalan vannası və yerdən çıxan müalicəvi sularla, ayrıca ödəniş etməklə (30 azn) oteldə qalmasanız belə, seanslara yazıla, sauna və hovuz xidmətlərindən yararlana bilərsiniz. Digər tərəfdə isə Nohur göl yerləşir (3km) uşaqların əylənməsi və göl qırağında dincəlmək üçün əla məkandır. Evdə 6x4 metrə ölçüdə hovuz inşa edilib, gigiyenik qaydalara uyğun olaraq, filter və dərmanlarla mütəmadi nəzarət altında saxlanılır. Evə nəzarət edən qonşuluqda yaşayan gözəl bir kənd ailəsidir, Xanımın ixtisası aşpazdır. Əlavə ödəniş qarşılığında istədiyiniz milli və Qəbələyə xas olan, yerli təamları sifariş verə bilərsiniz. Evdə 2 yataq otağı, ayrıca mətbəx və 2 sanitar qovşaq vardır. Kondisioner, wifi, televizor, soyuducu, qaz peçi, paltaryuyan mövcuddur. Evə bitişik eyvanda və həyətdə yerləşən, söhbətgah yerində əyləşib, kristal təmiz havadan və mənzərədən zövq ala bilərsiniz. Həyətdə manqal və samovar qonaqların ixtiyarına verilir. Avtomobil üçün həm bayırda, həm də həyətdə yer mövcuddur. Ev 5+1 nəfər üçün nəəzərdə tutulub. Xahiş olunur yalnız ailəlilər müraciət etsin. *Qəbələ hovuz, Qəbələ baseyn
Zəng et
Bənzər elanlar