Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.02.2026
Baxışların sayı: 0Elan nömrəsi: 490374
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə120 m2
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Evin və torpaqın çıxarışı var. Badamdar qəsəbəsi 3-cü massivin ən hündür yerlərindən birində yerləşir, 2 sotun icində,2 mərtəbəli,120 kv/m. tikili olan əla təmirli 4 otaqlı ev satılır. 1-ci mərtəbə - qonaq otağı, mətbəx, sanuzel yerləşir. 2-ci mərtəbədə - 3 yataq otağı, hamam+sanuzel vardır. Tikintisində və təmirində keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Qapı və pilləkən fıstıq ağacındandır. İsti pol, otaqların döşəməsi parketdir. İnternet, kombi, stabilizator, kamera sistemi, pultla idarə olunan darvaza, həyətin gecə avtomatik işıqlandırılması vardır. Qaz, su, isiq daimidir. İstilik sistemi kombidir. Əlavə olaraq həyətdə şüşəbənd besetka-isti polu var, duş-sanuzel, manqal, evin qabağ hiissəsində yerin altında 10 tonluq su çəni, qaraj-naves vardır. 31 avtobus dayanacağına 1 dəqiqəlik yoldur, məktəbə 5 dəqiqə piyada. Yolu tam asfaltdır. Ev şəxsi tikilidir, alqı-satqı üçün nəzərdə tutulmayıb. Bizim ərazidə olan torpaqın indiki qiymətlərini nəzərə alaraq, evin qiyməti çox ucuz qoyulub. Və ən əsası çox yaxşı və mehriban qonşularımız var.