Bakı / Suraxanı / Yeni Günəşli qəs. / Köhnə tikili
26.02.2026
Elan nömrəsi: 489762
bina.az Mülkiyyətçi
135.000 AZN 2.250 AZN/m2 Satılır
Təmirli
Bakı. Suraxanı Yeni Günəşli Yeni Günəşli D mas. Bina 28
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
() *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
26.02.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 489762
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Köhnə tikili
Sahə 60 m2
Mərtəbə 7 mərtəbə
Binanın mərtəbə sayı 10 mərtəbə
Otaq sayı 2 otaq
Kredit Kreditsiz
Yeni Günəşli D massivi, bina 28 ünvanında yerləşən mənzilimi satışa çıxarmışam. Ev trasın düz kənarında yerləşir, məhəllə sakit və rahatdır. Gündəlik həyat üçün lazım olan bütün infrastruktur tam yaxınlıqdadır – məktəb, uşaq bağçası, xəstəxana, aptek, marketlər, maşın servisi, benzin doldurma məntəqəsi, moyka və digər obyektlər bir neçə dəqiqəlik məsafədədir. Nəqliyyat baxımından da çox əlverişlidir: 20, 104, 64, 36 və 50 nömrəli marşrutlardan istifadə etmək mümkündür, metroya isə təxminən 10 dəqiqəlik məsafə var. Mənzil Leninqrad layihəlidir və orta blokda yerləşir. Ev yelçəkəndir, yəni hər iki tərəfə açılan pəncərələri və balkonları var. Hər iki tərəfdəki balkonlar evə birləşdirilib və bu da otaqların daha geniş və funksional istifadəsinə şərait yaradıb. Mənzil kipdir, rütubət, kif və s. problemlər yoxdur. Otaqlar geniş və işıqlıdır, gün işığı bol daxil olur. Foye genişdir və istəyə uyğun olaraq planlamada dəyişiklik edib 3 otaq kimi istifadə etmək mümkündür. Uşaq otağı üçün ayrıca rahat sahə ayırmaq mümkündür. Qış aylarında ev çox isti olur, otaqlarda qalın geyimə ehtiyac qalmır. Yay aylarında isə mənzil sərin olur, kondisionerə ehtiyac demək olar ki olmur. İstilik sistemi radiatirdir merkezidir, qazanxana blokun qarşısında yerləşir. Evdə əlavə su çəni quraşdırılıb, su tənzimləyici və avtoklapan sistemi mövcuddur ki, su problemi yaşanmır. Blok təmiz və təmirlidir, qonşular sakit və mədəni insanlardır. Mənzil təmirlidir, girib yaşamaq üçün hazır vəziyyətdədir. Əlavə xərc tələb etmir. İşıqlı, geniş və rahat mənzil axtaranlar üçün çox uyğun variantdır. Gəlib baxdıqdan sonra bəyənəcəksiz, evin üstünlüklərini yerində görəcəksiz və qiymətdə də razılaşmaq mümkündür.
Zəng et
Bənzər elanlar