Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
26.02.2026
Baxışların sayı: 0Elan nömrəsi: 488813
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Metroİnşaatçılar
Sahə115 m2
Mərtəbə16 mərtəbə
Binanın mərtəbə sayı6 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
TƏCİLİ SATILIR!!! DƏYƏRİNDƏN QAT-QAT AŞAĞI QİYMƏTƏ!!! . Yasamal rayonu, Məhəmməd Xiyabani və Dadaş Bünyadzadə küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli binanın 6-cı mərtəbəsində qanuni 3 otaqlı, 115 kv.m sahəsi olan mənzil satışa çıxarılıb. . Mənzil çıxarışlıdır (kupçalıdır) və sənədləri tam qaydasındadır. Əla və keyfiyyətli materiallarla ideal şəkildə təmir olunub. Mənzil yelçəkəndir, Şərq və Qərb istiqamətlərinə baxışı var ki, bu da gün ərzində təbii işıq və havalandırma baxımından üstünlük yaradır. . Təmir zamanı yüksək keyfiyyətli xarici brendlərdən istifadə olunub: Döşəmə – Palıd parket Elektrik avadanlıqları – İtaliyanın Geviz markası İstilik sistemləri – İtaliyanın Fondital və Unidelta istehsalı Aboylar – İtaliyanın Zambaratti brendi Hamam otağında Apolo markalı Kabin-Cakuzi quraşdırılıb . Mənzil tam əşyalı şəkildə satılır. Mebel və avadanlıqlar keyfiyyətlidir və yaşayış üçün tam hazır vəziyyətdədir. . Planlaşdırma baxımından çox əlverişlidir. Mənzilin iki balkonu var. Balkondan biri əlavə olaraq dördüncü otaq kimi təmir olunub və yaşayış üçün tam yararlıdır. Digər balkon açıq tipli saxlanılıb, səliqəli şəkildə təmir edilib və orada iki ədəd plastik şkaf quraşdırılıb. Bundan əlavə, dəhliz hissəsində əlavə qladovka tikilib və içərisinə mebel yığılıb ki, bu da əlavə saxlama sahəsi yaradır. Sanuzelin tavan hissəsində ehtiyat məqsədilə 1 tonluq su çəni quraşdırılıb. . Bina yüksək səviyyədə inşa olunub. Üç mərtəbəli yeraltı avtodayanacağı mövcuddur. Həyətyanı sahədə sakinlər üçün istirahət və uşaqlar üçün oyun meydançası var. . Ərazi infrastrukturu baxımından çox əlverişlidir. Binanın yaxınlığında məktəb, uşaq bağçası, aptek, Bravo/Araz marketlər, bazarstore yerləşir. 2 saylı Tibb Kolleci, AzPetrol və digər təhsil müəssisələrinə yaxındır. İnşaatçılar metrosuna piyada təxminən 6 dəqiqəlik məsafədə yerləşir. . Real alıcıya qiymətdə endirim olunacaq. . Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.