Şabran / Həyət evi - Villa
20.02.2026
Elan nömrəsi: 477298
lalafo.az Mülkiyyətçi
150.000 AZN 670 AZN/m2 Satılır
Təmirli
Şabran. Şabran
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
20.02.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 477298
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 224 m2
Otaq sayı 5 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Şabran şəhərində, mərkəzə və magistral yola yaxın, möhkəm və komfortlu 5 otaqlı fərdi yaşayış evi satılır. Ev Bakı şəhərindən avtomobillə cəmi 1 saat 20 dəqiqəlik məsafədə yerləşir, Xəzər dənizinə isə avtomobillə 15 dəqiqəyə çatmaq mümkündür. Rayon dağların ətəyində yerləşdiyi üçün ərazinin havası təmiz, sərin və sağlamdır. Ev 3 yataq otağı və 2 zaldan ibarətdir, böyük zal 44 m², mətbəx-studiya isə 37 m²-dir. 40 m² örtülü yay verandası mövcuddur və istəyə uyğun 6-cı otaq kimi istifadə oluna bilər. Ev klassik üslubda keyfiyyətli təmir və dizaynla inşa edilib. İkinci mərtəbənin tikilməsi imkanı və çardaq altında əlavə otaq potensialı var. Həyətində meyvə ağacları olan geniş bağ yerləşir. 15 m² köməkçi tikili və istifadəyə yararlı zirzəmi mövcuddur. Hündür kubik daş hasar ilə əhatə olunub. Daimi qaz, su, işıq və internet təminatı var. İstilik sistemi üçün İran sobası və kondisioner quraşdırılıb. Verandada daimi Xəzri küləyi sayəsində sərin mühit yaranır. Sənədlər, o cümlədən kupça tam qaydasındadır. Bu ev rahatlıq, təbiət, dağ havası və şəhərə yaxınlığı bir arada təqdim edir və əsas üstünlüyü daim sərin və təmiz hava şəraitidir.
Zəng et
Bənzər elanlar