Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.02.2026
Baxışların sayı: 0Elan nömrəsi: 468635
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə250 m2
Torpaq sahəsi3 sot
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Sumqayıt ş. Corat qəsəbəsində, dəniz qırağında, dənizə birbaşa baxışı olan əla yerdə 3 sotda 5 otaqlı, modern üslubda tikilmiş villa satışa çıxarılır. 3 sanitar qovşağı var. Ev çöldən-çölə 250 m² sahədən ibarətdir. Keyfiyyətli materiallardan istifadə olunaraq zövqlə tikilib. Villanın hər 2 mərtəbəsinin döşəməsi beton monolitdir və kəmər atılaraq tikilib. Hətta 2-ci mərtəbənin tavan hissəsinə də kəmər atılıb. Evin ümumilikdə 1-ci mərtəbəsi və bütün sanitar qovşaqları isti poldur. Evin giriş hissəsində geniş terras var. Qaz, su, işıq daimidir. Həyətində qaraj inşa edilib, gələcəkdə baseyn tikmək istəyən olsa, baseyn üçün yeri var və müxtəlif dekorativ bitkilər əkilib. Jalüz darvaza quraşdırılıb. Marşrutlar evin tam yanından keçir. Bir sözlə, villa əlverişli ərazidə yerləşir. Sənədləri tam qaydasındadır. Paket çıxarış (kupça), fərdi yaşayış təinatlı çıxarış (kupça) mövcuddur. Xahiş olunur real alıcılar müraicət etsinlər.