Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.02.2026
Baxışların sayı: 0Elan nömrəsi: 468584
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə175 m2
Mərtəbə10 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mənzil Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşən 10 mərtəbəli yeni tikili binanın 9-cu mərtəbəsində yerləşir ümumi sahəsi 175 kv.m hündür tavanlı, geniş və işıqlı ilkin 4 otaqdan 3 otağa peşəkar şəkildə yenidən planlaşdırılıb. Otaqlar tam kvadrat formalı, geniş və funksionaldır, hər biri rahat yaşayış üçün ideal ölçüdədir. Mənzildə iki böyük yataq otağı, geniş qonaq otağı və böyük mətbəx mövcuddur. Həmçinin, mənzildə iki tam sanuzel var, bu da rahatlıq və funksionallığı artırır. Mənzilin daxili təmirində yalnız yüksək keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Daxili qapılar tam ağac massivindən hazırlanmış və dizayner şüşə elementləri ilə bəzədilmişdir. Bütün döşəmələr yüksək keyfiyyətli təbii parketlə örtülüb, bu da mənzilə həm estetik, həm də davamlılıq üstünlüyü verir. Balkon hissəsində Rehau istehsalı olan Alman plastik qapı və pəncərələr quraşdırılıb. Plastik qapı və pəncərələr yalnız balkonlara aiddir, mənzilin daxili hissəsində isə tam ağac massivindən hazırlanmış qapılar istifadə olunub. Mətbəx daxil olmaqla bütün otaqlardan balkonlara çıxış mövcuddur. Mənzildə 3 böyük və 1 kiçik balkon vardır. Balkonlardan İzmir küçəsi, Bakıxanov küçəsi və Statistika dairəsinə açıq, geniş və panoramik mənzərə görünür. Mənzil bütün mebel və məişət texnikası ilə birlikdə satılır. Binanın ərazisində avtomobillər üçün geniş açıq parkinq sahəsi mövcuddur. Bundan əlavə, iki mərtəbəli parkinq-qaraj binanın altında yerləşir, mənzildən birbaşa lift ilə garaşa çıxış mümkündür. Binada 24/7 fəaliyyət göstərən mühafizə xidməti mövcuddur, eyni zamanda bütün ərazidə kameralar vasitəsilə müşahidə sistemi və şlaqbaum quraşdırılıb, bu da sakinlərin təhlükəsizliyini təmin edir. Sənəd kupça Real müştərilə qiymətdə razılaşma olacaq Ofis haqqı 1%