Satılır 6 otaqlı həyət evi/bağ evi 420 m², Bilgəh q.
01.02.2026
Elan nömrəsi: 452251
bina.az Mülkiyyətçi
760.000 AZN 1.810 AZN/m2 Satılır
Təmirli
Bakı. Sabunçu Bilgəh
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(055) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.02.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 452251
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 420 m2
Otaq sayı 6 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Hörmətli alıcı, sizə təqdim etdiyim evin ümumi görüntüsü fotolarda əks olunur, lakin onun xoş aurasını tam dərk etmək üçün yerində baxış daha münasibdir. Bu ev satış məqsədilə deyil, sağlam və xoş ab-havada yaşamaq üçün xüsusi olaraq tikilib. 10 il ərzində ailəm ilə burada yaşadığım dövrdə yalnız müsbət xüsusiyyətlərini müşahidə etmişəm və indi onları sizinlə bölüşürəm. Məkan üstünlükləri Torpaq sahəsi 16-cı dalanda, dairəvi yoldan 900 metr içəridə yerləşir və qapıya qədər asfalt yol mövcuddur. Bələdiyyə tərəfindən gecə işıqlandırılması və gücləndirilmiş mühafizə xidməti təmin olunur ki, bu da mənə və ailəmə həm əmin-amanlıq, həm də elitar yaşayış mühitinin üstünlüklərini bəxş edir. Əsas yola yaxın ərazilərdə səs-küy, mobil operatorların ötürücülərinin şüalanması, zibil konteynerlərində yaranan milçəklər və tez-tez aparılan tikinti-təmir işlərinin tozu müşahidə olunur. Bu ev isə həmin obyektlərdən uzaqda yerləşdiyi üçün sakit və sağlam mühit təmin edir. Evin üstünlükləri Mühəndis-texniki baxımdan qüsursuz tikili. Konstruksiya və planlaşdırma soyuq aylarda komfortlu yaşayış üçün düşünülüb. İsti aylarda həyətdə unikal mikroiqlim və tam məxfilik şəraiti. Yaz-payızın yağışlı və tutqun günlərində, həmçinin isti yay aylarında rahat istirahət üçün geniş terras və besedka mövcuddur. Bu məkanlar hava şəraitindən asılı olmayaraq acıq havada ailə həyatından zövq almağa imkan yaradır. Yaşlı, qol-budaqlı ağaclar yayda sərin hava axını təmin edir, ətrafda sıx yaşıllıq yaradır ki, buda Azərbaycanın səfalı rayonlarının təsuratını yaradır Tikili Abşeron iqliminə, günəşin hərəkətinə və mövsüm hava axınlarına uyğunlaşdırılıb. Qiymət və dəyər Evin dəyəri mövcud reallığa əsaslanaraq müəyyən edilib. Bu evi indi əldə etməklə alıcı tikinti materiallarının və xidmətlərin qiymət dəyişikliyi kimi risklərdən azad olur, həmin vəsaitlə artıq zamanın sınağından keçmiş, hazır və unikal şəraitli bir mülkə sahib olmaq mümkündür. Halbuki eyni məbləği tikintiyə yönəltmək, aylar-illərlə çətinliklərə qatlaşmaq heç də bu cür unikal ev və mühit şəraitini əldə etməyi təmin etmir. Bu ev xoş niyyətli, saf əməlli və halal məramlı insana qismət olsun. İnşallah.
Zəng et
Bənzər elanlar