Bakı / Sabunçu / Ramana qəs. / Həyət evi - Villa
31.01.2026
Elan nömrəsi: 450187
tap.az Mülkiyyətçi
69.900 AZN 777 AZN/m2 Satılır
Bakı. Sabunçu Ramana Ramana qəs.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
() *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
31.01.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 450187
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 90 m2
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
-Ev Ramana Südçülük sovxozu, Rəsul Rza küçəsi, döngə 3 ünvanında yerləşir. Location olaraq Sosial binalar, Dispetçer, Rəsul market, Stop market ərazilərinin radiusudur. -Ev marşrut xətlərinə yaxın ərazidədir. Ərazi köhnə yaşayış məkanıdır və sakinləri köhnə və mehriban qonşulardır. -Məhəllədə 3 market, meyvə-tərəvəz dükanı var və şəbəkə marketlərinə, qəssaba, restorana, məktəbə, digər ictimai iaşə obyektlərinə piyada məsafədədir. -Məhəllə sakit və təhlükəsizdir. -Ev ümumi 1.5 sot torpaqda tikilib və 80 kv-dır. -Həyət tametlə döşənib, təmiz və səliqəlidir. -Ev 7 daş kürsüdə tikilib. -Evin altı qupqurudur və bütün otaqlara keçidi var. İstəyən özü üçün otaqlar düzəldə bilər. -Ərazidə daimi kommunallar var. -Ehtiyat çən 2 tonluqdur. Paplavok qoyulub. Su çəndən azalan kimi özü dolur və həmişə evdə su olur. -Ev koridor, 1 zal, 1 yataq otağı, 1 uşaq otağı, 1 mətbəx və sanuzeldən ibarətdir. -Ev tam təmirlidir. -Ev kombi sistemi ilə təchiz edilib. İsti su isə pitminutka ilədir. Özümüz üçün düzəltdiyimizə görə hər şeyin ən yaxşısını eləmişik. 2 texnikanın ikisi üçün də birgə dolab yığılıb, turbalar izolyasiya olunub. -Soyutma kondisionerlədir. Qapını özüm yığdırmışam. Həm sərfiyyata kömək edir və həm də qapı ilə birbaşa əlaqə kəsildiyi üçün evin isinmə və soyumasına problem yaratmır. Yəni, ayaqqabını şkafa qoy, paltarını asılqana as və evə daxil ol. -Mətbəx mebelləri, hamam aksessuarları bahalı materiallardır. -Ev əşyalı satılır. Mətbəx mebeli, yataq mebeli, qonaq mebeli, kondisioner qalır. Digər əşyalar da əlavə ödənişlə qala bilər. -Sənədli TİKİNTİ təyinatlı sovxoz sənədidir. Ərazidə hamıda eyni sənəddir. Ev bələdiyyə qeydiyyatındadır. İllik rüsumu ödənilir. Evin layihəsini çəkib qırağa qoymuşam. Alan adamın adına layihəni yazdırıb təzədən verəcəm ki, gələcəkdə xərci çıxmasın. İstəyən işin dalınca düşüb çıxarış ala bilər. Bütün arxiv sənədləri bir faylda toplanıb. -Şəxsi evimdir. Makler, vasitəçi deyiləm. 1 ildir yaşayıram və heç bir şeydən narazı deyiləm. Sadəcə vacib məsələ üçün satıram. -Real müştəri ilə aşağı-yuxarı razılaşma olacaq
Zəng et
Bənzər elanlar