Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.01.2026
Baxışların sayı: 0Elan nömrəsi: 440221
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə50 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı20 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində yerləşən Melissa Park yaşayış kompleksində 2 otaqlı studio tipli mənzil satışa çıxarılıb. Mənzil 50 kv.m sahəyə malikdir və 20 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Tam təmirlidir və tam əşyalı şəkildə satılır. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub, mənzildə təmirdən sonra az yaşayış olub. Bütün detallar rahat və funksional yaşayış üçün düşünülüb, yalnız şəxsi əşyalarınızı gətirməklə dərhal yaşamaq mümkündür. Mənzil ipotekaya yararlıdır. Planlaşdırması səmərəlidir, otaqlar işıqlıdır. Binanın qarşısı açıqdır və şəhər mənzərəsi var. İnvestisiya baxımından da cəlbedicidir, rahatlıqla aylıq 750–800 AZN aralığında icarəyə vermək mümkündür. Kompleks yüksək səviyyəli infrastruktura malikdir. 24 saat mühafizə xidməti və kamera nəzarəti mövcuddur. 5 mərtəbəli yeraltı parkinq 3 sürətli lift fəaliyyət göstərir. Qaz, su və işıq daimidir. Yerləşmə çox əlverişlidir. 20 Yanvar metro stansiyasına və Tbilisi prospektinə təxminən 3 dəqiqəlik məsafədədir. Ətrafda tanınmış marketlər, məktəb, uşaq bağçası, idman zalları və digər zəruri obyektlər mövcuddur. Ofis xidmət haqqı alıcı tərəfindən 1 faiz təşkil edir. Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.