Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
20.01.2026
Baxışların sayı: 0Elan nömrəsi: 424577
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Metroİçəri Şəhər
Sahə150 m2
Mərtəbə4 mərtəbə
Binanın mərtəbə sayı10 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Eksklüziv təklif Bakı şəhərinin mərkəzində, İçəri-şəhər metrosu və Axundov bağının yaxınlığında, məşhur inşaatçı Xəlilbəy (Rauf) Günəşov tərəfindən tikilmiş və 2005-ci ildə təhvil verilmiş 10 mərtəbəli, 1 bloklu binanın 4-cü mərtəbəsində, 4 otaq, 1 mətbəx, 2 sanitar qovşağı, 1 qarderob və 1 şüşəbənd eyvandan ibarət, ümumi sahəsi ≈ 148 m2 olan (o cümlədən, 142,29 m2 daxili sahə + 5,40 m2 şüşəbənd eyvan), özəl dizaynla və seçkin materiallarla təmir edilmiş və kupe-şkaflar, mətbəx mebeli və avadanlıqla tam təmin olunmuş, “kupçalı” özəl mənzil ilk sahibi tərəfindən satılır. Bina – daş binadır. Bayır divarların qalınlığı 50 sm, tavanın hündürlüyü 3,20 metrdir. Bütün kommunikasiyalar, təhlükəsizlik kameraları və mühafizəçilər 7/24 fasiləsiz işləyirlər. Qonşular – əsasən tanınmış ziyalılar və dövlət xadimləridir. Binanın yeraltı qarajında 1 ədəd avtomobil üçün dayanacaq sahəsi almaq mümkündür. Dayanacaq sahəsinin qiyməti mənzilin qiymətinə daxil deyil.