Satlr 6 otaql hyt evi/ba evi 276.8 m, Khn Gnli q.
12.01.2026
Elan nömrəsi: 405622
bina.az Vasitəçi
495.000 AZN 1.788 AZN/m2 Satılır
Təmirli
Bakı. Xətai Köhnə Günəşli
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(055) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.01.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 405622
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 276.8 m2
Otaq sayı 6 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Ekoloji cəhətdən ən təmiz rayonlardan biri olan köhnə Günəşlidə dəniz mənzərəli bir yerdə yeni inşa edilmiş üç mərtəbəli villa satılır (Villa-1). Qeyd: Bu villa ilə yan-yana digər oxşar villa da satışdadır (Villa-2). o 1-ci mərtəbədə yarım zirzəmi yerləşir, sahəsi təqribən 100 kv.m, idman zalı və eyni zamanda yayda, qışda istirahət üçün nəzərdə tutulmuşdur o 2-ci mərtəbədə: kiçik giriş otağı, geniş qonaq otağı, mətbəx, yataq otağı (sanitar qovşağı və duşkabina ilə), camaşırxana, ümumi sanitar qovşağı o 3-cü mərtəbədə üç yataq otağı (biri sanitar qovşağı və duşkabina ilə), ümumi sanitar qovşağı duşkabina ilə o Villanın girişində, xolda və bütün yataq otaqlarında kupe şkaflar (qarderob) üçün xüsusi yerlər nəzərdə tutulmuşdur o Villa yüksək zövqlə, mütəxəssiz məsləhəti və nəzarəti ilə, monolit kalonlarla tikilmişdir (hətta son mərtəbənin üstü də) o Villa tam təmirlidir, elektrik və santexnika işləri təcrübəli mütəxəssis tərəfindən, zəmanətlə icra edilmişdir o Yataq otaqlarda pol yüksək keyfiyyətli laminat, digər yerlərdə isə keramogranit döşənmişdir o Bütün mərtəbələr isti pol sistemi ilə təchiz olunub, kondisioner üçün bütün borular çəkilib o Mərmər pilləkənlər, zövqlü otaq qapıları, 75mm alman istehsalı olan profillə keyfiyyətli plastik pəncərələr və cam balkonlar yüksək səviyyədə quraşdırılmışdır o Bütün sayğaçlar (işıq, su və qaz), internet və 24-saat kamera sistemi quraşdırılmışdır o Villanın zirzəmisində (giriş çöl hissədən olmaqla) müasir istilik sistemi avadanlığları quraşdirilmişdir o Villanın çöl hissəsi və hasarlar aqlayla üzlənmiş, həyətə tamet döşənmiş, avtomatik darvaza, 4 tonluq su anbarı və sanitar qovşağı yerləşdirilmişdir o Villa satış məqsədi ilə tikilməmişdir
Zəng et
Bənzər elanlar