Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Sahə
180 m2
Torpaq sahəsi
5 sot
Otaq sayı
4 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
Tam Əşyalı!! Sizə ekoloji təmiz Şüvəlan qəsəbəsində 5 Sotda 1 mərtəbə 180 kv.m 4 otaqlı super bağ evini təklif edirik. Bağ evi zal, mətbəx, 3 yataq otağı, holl və 3 sanuzeldən ibarətdir. Otaqlarda asılmış pərdə və lyüsturları, mebelləri, divar rəsmləri, hündür tavanları, duş kabinalı sanuzeli, mebelli mətbəxi, quraşdırılmış işıqlandırma sistemi var. Ev yüksək zövq və keyfiyyətlə təmir olunub. Su, qaz, işıq daimidir. İstilik sistemi kombidir, isti döşəməsi var. Həyətində geniş filterli hovuzu, şəlaləsi, lejankaları, cambalkon besedka, stol-stulu, manqalxana, yay-qış mətbəxi, maşın saxlamaq üçün yer, pultla idarə olunan darvaza, dekorativ ağacları və gülləri, su anbarı, sensorlu gecə işıqları var. 4 mövsüm yaşamaq üçün əlverişlidir. Yolu qapıya kimi asfaltdır. Kupçası (Çıxarışı) var. Start qiyməti 345 000 AZN.