Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
09.01.2026
Baxışların sayı: 0Elan nömrəsi: 398682
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə50 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı4 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Bakı ş. Suraxanı r. Əmircan qəs. Zülal Tağıyev küçəsində 4 mərtəbəli Xurşovka layihəli binanın 1-ci mərtəbəsində 2 otaqlı orta təmirli 50 kv mənzil əşyalı satılır. Binada qaz, işıq, su daimidir. Padvalı quru və təmizdir (istəyə görə padvalı mənzilə birləşdirilmiş şəkildə təmir edərək özəlləşdirmək mümkündür). Mənzilin kanalizasiya sistemi şəxsi vəsait hesabına ümumidən ayrılaraq tək həmin mənzil üçün qurulmuşdur. Mənzilə binanın arxa tərəfindən əlavə giriş qapısı açılmışdır və bu qapı mənzilə aid hasarlanmış həyətə girişi təmin edir. Bina infrastruktur baxımından əlverişli yerdə yerləşir: 35, 44, 113, 191, 213 nömrəli marşrut xətləri binanın yanından keçir Əhmədli, Neftçilər, Q.Qarayev və Koroğlu metrosuna 20 dəqiqəyə birbaşa marşrutlar işləyir. Suraxanı bazarı, 42 nömrəli şəhər poliklinikası, 114 saylı tam orta məktəb, uşaq bağçaları, Qarabağ stadionu düz binanın yanında yerləşir. Suraxanı dairəsinə (desyatıy kruq) və Ballı marketə 6-7 dəqiqəlik piyada yoludur. Qiymət 95000 AZN(razılaşma mümkündür). Ofis haqqı 1% təşkil edir.