Mariana trench restoranın kuçesi 1200metr içerde
08.12.2025
Elan nömrəsi: 343399
yeniemlak.az Vasitəçi
299.000 AZN 1.107 AZN/m2 Satılır
Təmirli
Bakı.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(055) *** ** **
Elanın tarixi
08.12.2025
Baxışların sayı: 0 Elan nömrəsi: 343399
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Sahə 270 m2
Torpaq sahəsi 6 sot
Otaq sayı 5 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
DƏYƏRİNDƏN AŞAĞI !!! QİYMƏT ENDİ !!! Novxanıda Mariana Trench restoranından 1 km içəridə müasir üslubda, xüsusi zövqlə yeni tikilmiş , 2 mərtəbəli, 5 otaqlı, 4 tərəfi hasarlı, super təmirli və şəraitli, çox sakit bir küçədə yerləşən villa satılır. Ətrafda daimi və mövsümi yaşayış olan villalar, market, xəstəxana, restoranlar və əyləncə mərkəzləri vardır. Villa əşyaları ilə birlikdə satılır. Tikinti şəxsi istifadə üçün nəzərdə tutulduğundan yüksək keyfiyyətli və xarici istehsallı materiallardan istifadə edilmişdir. Villanın daimi bütün kommunikasiya xətləri - su , işıq, qaz, kanalizasiya, internet var. Villanın ərazisi 6 sotdur. Tikinti sahəsi 270 kv.m-dir. Ev 4 yataq otağı, 1 böyük studyo tipli qonaq otağı, ikisi evdə, biri isə həyətdə olmaqla, 3 sanuzeldən ibarətdir. Döşəməsi keramoqranitdir, istilik sistemlidir. Bütün otaqlar mebellə təchiz edilib, eyni zamanda evdə 2 ədəd split sistemli kondisioner, 1 ədəd LG TV quraşdırılıb. Villanın 70 kvm terrası, terasda yay istirahəti üçün mebeli, gözəl manqalxanası, filtr sistemi quraşdırılmış hovuzu, pultla açılıb bağlanan darvazası, həyətində dekorativ ağacları, yaşıllığı var. Villada müasir həm kamera, həm də siqnalizasiya mühafizə sistemi quraşdırılıb və DİN Dövlət Mühafizə İdarəsi tərəfindən mühafizə edilməkdədir. Kamera vasitəsilə 24 saat mobil telefonla muşahidə mümkündür. Evin düz yanından marşrut xətti işləyir. Villaya bitişik əlavə 6 sot da torpaq sahəsi var və maraqlı olarsa , oda satışdadır. Real alıcıya endirim olunacaq.
Zəng et
Bənzər elanlar