Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
30.11.2025
Baxışların sayı: 0Elan nömrəsi: 329682
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroNəriman Nərimanov
Sahə200 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Binanın inşa ili 2001-dir, 9 mərtəbədən və bir mansard mərtəbəsindən ibarətdir. “Çıxarış” üzrə sahə 92.8 kv.m göstərilsə də, real sahə 9-cu mərtəbədə 98 kv.m + mansardda 100 kv.m-dir. Ümumi səhə -200 kv.m . Ümumi otaq sayı: 5. 9-cu mərtəbədə: 3 otaq + 1 mətbəx + 1 sanitar qovşağı yerləşir. Mansard mərtəbəsində: 2 otaq + 1 dəhliz (garderob kimi istifadə olunur) + 1 sanitar qovşağı + 1 bağlı balkon (cam balkon) + 2 açıq balkon + 2 yardımçı otaq (onlardan birində 4 tonluq su çəni və müstəqil təminat üçün "Espa" motoru yerləşir). Mənzildə restavrasiya edilmiş təmir aparılıb, bahalı materiallardan istifadə olunub: bütün otaqlarda "Loba" (Almaniya/İtaliya) markalı ən bahalı lakla örtülmüş təbii parket döşəmə var. Güclü "Viessmann" kombi sistemi hər iki mərtəbəni cəmi 2 saata tam isidir. Dəhlizdə, sanitar qovşaqlarında və mətbəxdə "isti döşəmə" mövcuddur. Bütün otaqlarda kondisionerlər quraşdırılıb. Mətbəxdə həm paltaryuyan, həm də qab yuyan maşın var. Otaqlarda gizli işıqlandırma, bütün açar və rozetkalar (Cheil/Panasonic) işıqlandırmalı modellərdəndir. Yataq və qonaq otağında Türkiyə istehsalı bahalı, təbii ağacdan hazırlanmış mebel yerləşdirilib. Qiymət: mebel və texnika ilə birlikdə — *405.000 AZN*, mebelsiz və texnikasız — *380.000 AZN*.