Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.10.2025
Baxışların sayı: 0Elan nömrəsi: 220864
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə500 m2
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
990.000azn MƏRDƏKANDA 3 MƏRTƏBƏLİ VİLLA VƏ AYRI 2 MƏRTƏBƏLİ QONAQ EVİ – KUPÇALI VƏ HOVUZLU! Makaron fabrikin arxasında, 28 May küçəsində, mərkəzi yola yaxın, geniş küçəsi olan prestijli ərazidə yerləşən, 8 sot torpaq sahəsində inşa edilmiş ümumi 500 m² sahəli 3 mərtəbəli neoklassik üslublu villa satılır. Tikili tam beton-monolitdir və həm evin özü, həm də hasarları tam şəkildə təbii ağlay daşları ilə fasadlanıb – bu isə gələcək sahibini əlavə fasad xərclərindən tam azad edir. Ev yüksək keyfiyyətlə və zövqlə təmir edilib. Planlamaya 3 yataq otağı, 60 m²-lik geniş və işıqlı zal, 2 mətbəx, 7 sanitar qovşaq, qarderob otağı, texniki zirzəmi və kombi sistemi ilə işləyən isti döşəmə daxildir. Döşəmələr təbii parket, elektrik sistemi isə Almaniyanın “Gewiss” markası ilə təchiz olunub. Villanın 3-cü mərtəbəsi mansard tipindədir və burada əlavə mətbəx, sanitar qovşaq və geniş istirahət zonası yerləşir – qonaq qəbulu və ailəvi istirahət üçün çox əlverişlidir. Əlavə olaraq, həyətdə 2 mərtəbəli qonaq evi də mövcuddur – burada 2 yataq otağı, mətbəx və zal var. Həyətində filterli daşma hovuz, böyük besetka (terras), yay mətbəxi, manqal sahəsi, dekorativ güllər, 5-6 maşınlıq avtomobil yeri, kamera sistemi, sensorlu işıqlandırma və pultla idarə olunan darvaza mövcuddur. Qaz, su, işıq dövlət xətləri ilə fasiləsiz qoşulub. Sənədlər tam qaydasındadır – çıxarış (kupça) var. 💰 Start qiymət: 990,000 AZN – real alıcıya xüsusi endirim nəzərdə tutulur.