Satılır 6 otaqlı həyət evi/bağ evi 350 m², Mərdəkan q.
28.11.2026
Elan nömrəsi: 1081416
bina.az Mülkiyyətçi
372.000 AZN 1.063 AZN/m2 Satılır
Təmirsiz
Bakı. Xəzər Mərdəkan Mərdəkan qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.11.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 1081416
Haqqında məlumat
Sahə 350 m2
Torpaq sahəsi 7 sot
Otaq sayı 6 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
TƏCİLİ SATILIR | MƏRDƏKANDA DƏNİZ MƏNZƏRƏLİ, ÇIXARIŞLI BAĞ EVİ İLİN 4 FƏSLİ YAŞAYIŞ ÜÇÜN YARARLIDIR Mərdəkanda 7 sot torpaq sahəsində yerləşən 400 m²-lik, 6 otaqlı, 2 mərtəbəli və zirzəmili bağ evimi təcili satıram. Xaricə köçməyimlə əlaqədar evi bazar qiymətindən xeyli aşağı qiymətə satışa çıxarmışam. Ünvan və sənədlər * Mərdəkanda, yeni Qoşa Qala restoranının arxasında, əsas yoldan cəmi 70 metr məsafədə yerləşir. * Həyətin girişinə qədər yol asfaltdır. * Çıxarışı (kupçası) var. Satış birbaşa ev sahibindəndir. Evin xüsusiyyətləri * Ev suvaqlanmış podmayak vəziyyətdədir. Ümumilikdə 4 sanitar qovşağı var. * Balkonlardan dəniz panoraması açılır. * Evi öz yaşayışım üçün tikdirmişəm. Tikintidə 16 sütun və 20 mm-lik Ukrayna armaturundan istifadə olunub. * Mərtəbələrarası örtüklər monolitdir. Fasad bahalı, yüksək keyfiyyətli aqlay daşı ilə üzlənib. Tikinti işlərində yüksək keyfiyyətli və bahalı materiallardan istifadə edilib. Həyət, hovuz və yay mətbəxi * Həyətdə tamet döşəmə, damcı suvarma sistemi, qazon, dekorativ ağaclar və güllər var. * Hovuzun uzunluğu 9 m, eni 4 m, dərinliyi 1,7 m-dir. Hovuz motorlu filtr sistemi ilə təchiz olunub. * Yay mətbəxi tam təmirlidir. Şüşəli balkon, isti döşəmə, hamam və tualet var. Açıq mətbəxdə kababxana da mövcuddur. * 4 avtomobillik qaraj var. Kommunal şərait * Elektrik və qaz daimidir. * Şirin su və kanal suyu olmaqla iki daimi su mənbəyi var. * Həyətdə 15 tonluq yeraltı ehtiyat su çəni mövcuddur. Bu ərazidə torpağın 1 sotu 35–40 min AZN civarındadır. Ərazidəki torpaq qiymətlərini ayrıca araşdıra bilərsiniz. İstəyə uyğun olaraq evi dizayner eskizləri əsasında tam təmir edib təhvil verə bilərəm. Tam təmirli variantın qiyməti 450 000 AZN-dir. Xahiş edirəm, elanı sona qədər oxuduqdan sonra zəng edin. Ciddi alıcılar birbaşa mənimlə əlaqə saxlaya bilərlər.
Zəng et
Bənzər elanlar