Salyan / Obyekt - Ofis
28.11.2026
Elan nömrəsi: 1081011
tap.az Mülkiyyətçi
60.000 AZN Satılır
Təmirli
Salyan. Salyan Salyan
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(051) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.11.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 1081011
Haqqında məlumat
Obyektin növü Obyekt
Sənəd Çıxarışlı
Kredit Kreditlə
SATIŞDA! GƏLİRLİ OBYEKT VƏ YAŞAYIŞ ÜÇÜN TAM HAZIR MƏNZİL Əziz izləyicilər, bu gün sizə Salyan rayonunun Arbatan kəndində, məktəbin düz yanında, yol kənarında yerləşən gəlirli və çoxfunksiyalı bir əmlakı təqdim edirik. Obyektin ümumi sahəsi 60 kvadratmetrdir və 3 otaqdan ibarətdir. Hazırda hər üç otaq icarədədir və işlək vəziyyətdə olmaqla sahibinə daimi gəlir gətirir. Yəni əmlakı əldə etdiyiniz andan etibarən gəlir qazanmaq imkanınız var. Obyekt bütün lazımi texniki şəraitlə təmin olunub. Su çəni, su motoru və hidroforu mövcuddur. Elektrik xətti üçfazalıdır. Gördüyünüz ümumi elektrik sayğacından əlavə, hər otağın ayrıca sayğacı, həmçinin su motorunun da özünə məxsus sayğacı var. Obyektin arxa hissəsində əlavə tikili yerləşir. Bu sahədən anbar kimi istifadə edə, artıq əşyalarınızı və digər ləvazimatlarınızı burada saxlaya bilərsiniz. Həmçinin kiçik saxlanc yeri də mövcuddur. Obyektin arxa tərəfindən su kanalı keçir. Su çəninin doldurulması üçün motor vasitəsilə buradan su götürmək mümkündür. Həyət və keçid hissələri səliqəli vəziyyətdədir. Həm ön, həm də arxa tərəfdə əlavə istifadə sahəsi mövcuddur. Əmlakın mansard hissəsi də yaşayış üçün nəzərdə tutulub və tam təmirli vəziyyətdədir. Mansarda giriş arxa tərəfdəndir. İçərisində kiçik otaq, ayrıca sanitar qovşağı, mətbəx və hamam mövcuddur. Divar kağızlarında müəyyən yenilənmə ehtiyacı olsa da, ümumi təmir və yaşayış şəraiti qaydasındadır. İnternet xətti də mövcuddur. Ən önəmli üstünlüklərindən biri isə sənədlərinin qaydasında olmasıdır. Torpaq sahəsinin ayrıca çıxarışı (kupçası), obyektin isə özünə məxsus ayrıca çıxarışı var. Əmlak daimi su, elektrik və internet təminatı ilə təchiz olunub. Bu əmlakı əldə etməklə bir neçə imkan qazanırsınız: * Aşağı mərtəbədəki üç otaq hazırda icarədədir və gəlir gətirir. * Mansard hissəsində yaşayış mümkündür. * Mansardı ayrıca kirayə verərək əlavə gəlir əldə edə bilərsiniz. * İstəyinizə uyğun olaraq mansarddan ofis, obyekt və ya başqa məqsədlər üçün də istifadə edə bilərsiniz. Məktəbin düz yanında, yol kənarında yerləşməsi əmlakın həm kommersiya, həm də yaşayış baxımından əlverişliliyini artırır. Həm hazır gəliri olan obyekt, həm də yaşayış imkanı axtaranlar üçün ideal fürsətdir! Ətraflı məlumat və əmlaka baxış üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Zəng et
Bənzər elanlar