Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1080551
Haqqında məlumat
Torpaq sahəsi149.6 sot
SənədÇıxarışlı
KreditKreditlə
Qəbələnin ən məşhur istirahət zonalarından biri olan Çuxur Qəbələ kəndində 149.65 sot hazır, məhsul verən fındıq bağı satılır.
Bağ haqqında:
800–900 ədəd bar verən fındıq ağacı
Baxımdan asılı olaraq ildə orta hesabla 3–5 ton məhsul
Bağa mütəmadi gübrələmə, suvarma və təmizlik işləri aparılır
Torpaq münbit qara torpaqdır
Ərazinin yanından təbii kanal keçir – suvarma problemi yoxdur
Nə üçün sərfəlidir:
Bu, alındığı ilk ildən gəlir gətirən hazır təsərrüfatdır – ağac əkib illərlə məhsul gözləməyə ehtiyac yoxdur.
Münbit qara torpaq və bol su sayəsində sahə yalnız fındıq üçün deyil, digər kənd təsərrüfatı istiqamətləri üçün də çox əlverişlidir. İstəyə görə pomidor, xiyar, bibər kimi tərəvəzçilik, bostan bitkiləri, alma, gilas, armud kimi meyvə bağı və ya arıçılıq üçün istifadə oluna bilər. Fındıq bağı ilə arıçılığı birlikdə aparmaq isə əlavə gəlir mənbəyidir.
Torpaq turizmin sürətlə inkişaf etdiyi kənddə yerləşir: ərazidə istirahət guşələri, restoranlar, otel və tarixi-bədii qoruq fəaliyyət göstərir. Bu, həm məhsulu yerində satmaq imkanı yaradır, həm də bölgəyə marağın artması torpağın dəyərinə müsbət təsir edir.
Sənədlər və şərtlər:
Kənd təsərrüfatı təyinatlı kupça mövcuddur
Hissə-hissə satılmır
Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın. İş vaxtı zəngə cavab verə bilməyə bilərəm, WhatsApp-da yazmağınız daha yaxşı olar.