Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1080503
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroElmlər Akademiyası
Sahə151.3 m2
Mərtəbə3 mərtəbə
Binanın mərtəbə sayı19 mərtəbə
Otaq sayı3 otaq
SənədDigər
KreditKreditsiz
Elmlər Akademiyasında – Golden Park yaşayış kompleksində premium mənzil!
Bakının ən prestijli və əlverişli ərazilərindən birində, Zahid Xəlilov küçəsində yerləşən Golden Park yaşayış kompleksində yüksək keyfiyyətli təmirə və funksional planlaşdırmaya malik geniş mənzil təqdim olunur.
Mənzilin ümumi sahəsi – 151,3 m²
Mənzil düşünülmüş və olduqca uğurlu planlaşdırması ilə seçilir. Təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub, rahat və zövqlü yaşayış üçün bütün detallar nəzərə alınıb.
Mənzilin planlaşdırılması:
* Geniş qonaq otağı – 33 m²
* Əsas yataq otağı – 21,3 m²
* İkinci yataq otağı – 15,6 m²
* 2 sanitar qovşağı
* Qarderob otağından sanitar qovşağına birbaşa keçid
Mərtəbə: Zahid Xəlilov küçəsi istiqamətindən 3-cü, kompleksin daxili həyəti səviyyəsindən isə yaşayışın 2-ci mərtəbəsi.
Kompleksin üstünlükləri:
Golden Park qapalı, mühafizə olunan həyəti, sakinlərinin yüksək sosial mühiti və prestijli yaşayış atmosferi ilə seçilən kompleksdir.
Əla lokasiya və zəngin infrastruktur!
Elmlər Akademiyası ərazisində yerləşən kompleksin ətrafında universitetlər, məktəblər, müxtəlif iaşə obyektləri, restoran və kafelər, marketlər, eləcə də gündəlik həyat üçün zəruri olan geniş xidmət infrastrukturu mövcuddur.
Əlavə məlumat:
* Qaz, su və elektrik enerjisi daimidir.
* Mənzilin çıxarışının (kupça) yaxın müddətdə əldə olunması gözlənilir.
Prestijli ünvan, keyfiyyətli təmir, geniş sahə və düşünülmüş planlaşdırma – rahat ailə həyatı üçün ideal seçim!