Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1080115
Haqqında məlumat
Sahə165.7 m2
Torpaq sahəsi2.5 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xətai rayonu, Əhmədli qəsəbəsində 2.5 sot torpaq sahəsində tikilmiş, ümumi sahəsi 165.7 m² olan 2 mərtəbəli fərdi yaşayış evi satılır.
✅ Sənəd: Evin və torpağın çıxarışı (kupça) var, tam mülkiyyətdir. Ev satışa tam hazırdır.
🏗 Tikinti:
– Mərtəbələr arası monolit betondur
– Dam beton örtüklüdür
🏠 1-ci mərtəbə:
– 40 m² geniş zal (qonaq otağı və yemək zonası, laminat döşəmə, asma tavan, spot işıqlandırma)
– Ayrıca mətbəx (mətbəx mebeli, quraşdırılmış soba və qabyuyan maşın)
– Geniş dəhliz, döşəməsi iri ölçülü parlaq keramoqranitdir
– Sanitar qovşağı
🛏 2-ci mərtəbə:
– 4 yataq otağı
– Geniş dəhliz və sanitar qovşağı
– Döşəmə laminatdır
✨ Üstünlükləri:
– Yeni və keyfiyyətli təmir, ağ klassik interyer qapıları
– Mərmər görünüşlü pilləkən, dekorativ metal məhəccər
– Kondisionerlər, kombi və radiator istilik sistemi
– Plastik pəncərələr, müasir fasad
– Həyət səki daşı ilə döşənib, avtomatik jalüz darvaza var, maşın həyətə daxil olur
– Qaz, su və işıq daimidir
📍 Ev sakit və yaşayış üçün rahat məhəllədə yerləşir. Məktəb, market və ictimai nəqliyyat yaxındır.
Real alıcıya qiymətdə razılaşma mümkündür. Vasitəçilər narahat etməsin.