Satılır 3 otaqlı həyət evi/bağ evi 80 m², Biləcəri q.
13.11.2026
Elan nömrəsi: 1073115
bina.az Mülkiyyətçi
158.000 AZN 1.975 AZN/m2 Satılır
Təmirli
Bakı. Binəqədi Biləcəri Biləcəri qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.11.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 1073115
Haqqında məlumat
Sahə 80 m2
Torpaq sahəsi 2 sot
Otaq sayı 3 otaq
Sənəd Digər
Kredit Kreditsiz
Biləcəridə, DSK yolu üzərində, ATV məhəlləsinə yaxın ərazidə şəxsi həyət evi satılır. Ev birbaşa sahibindən satılır, vasitəçi deyiləm. Ev satış məqsədilə deyil, uzunmüddətli yaşamaq üçün tikildiyindən inşaat zamanı hər bir detala xüsusi diqqət yetirilib. Tikintidə yalnız keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Bünövrə, hörgü 2-ci mərtəbənin də tikintisi üçün də əlverişlidir. Anlayışı olan şəxs evə baxış zamanı bunu aydın şəkildə görəcək. Xahiş edirəm sırf satmaq məqsədi ilə, ucuz materiallarla tikilmiş "makler evləri" ilə müqayisə etməyin. Həyət haqqında: Evin qarşısında təxminən 1,2 sot həyətyanı sahə mövcuddur. Həyətin bir hissəsi meyvə ağacları əkilmişdir, söhbətgah üçün yer ayrıca yer hazırlanmışdır. Daş döşənən həyətyani hissəyə rahatlıqla 4 avtomobil saxlamaq olur. Evin önündəki boş sahədə istəyə uyğun olaraq əlavə 1 yaşayış evi də tikmək mümkündür. Ev haqqında: Ev kürsülüdür. Zirzəmi hissəsində rahatlıqla hərəkət etmək olur. artıq əşyaları yığmaq üçün əlverişlidir. Ev və ümumilikdə məhəllə quru torpaq üzərində yerləşir, gilli və rütubətli ərazi olmadığından torpaq həm yaşamaq həm də əkin üçün əlverişlidir. Evin ön, yan və arxa hissəsinə rahat keçid var. Həmçinin evin arxa tərəfi üçün ayrıca giriş qapısı qoyulub. Mərkəzi kanalizasiya sistemi ilə təmin olunub. Ərazi hündürlükdə yerləşdiyindən ən güclü yağışlarda belə həyətə, evə və zirzəmiyə qətiyyən su dolmur. İnteryer: Ev təmirlidir, , 3 otaq, mətbəx, dəhliz və sanitar qovşaqdan ibarətdir. Evin sol tərəfi günçıxana, sağ tərəfi isə günbatan istiqamətinə uyğun tikildiyindən ev işıqlıdır. Kombi sistemi quraşdırılıb. Hamam isti döşəmə ilə təchiz olunub. Təxminən 3 700 manat dəyərində olan mətbəx mebeli evdə qalacaq. İnfrastruktur: Ev 202, 170 və 92 nömrəli avtobus marşrutlarına piyada məsafəsində yerləşir. Yaxınlıqda məktəb, uşaq bağçası, iri supermarketlər, apteklər və gündəlik yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur. Biləcəri qəsəbəsinin mərkəzinə təxminən 5 dəqiqəlik, Bakı şəhər mərkəzinə isə 15–20 dəqiqəlik məsafədə yerləşir. Sakit, təhlükəsiz və yaşayış üçün əlverişli məhəllədə yerləşməsi ailə həyatı üçün ideal olmaqla yanaşı, gələcək investisiya baxımından da üstünlük yaradır. Sənədlər: Torpaq sahəsinin bələdiyyə sənədi mövcuddur. Bütün kommunallar var və 1 şəxsin adına rəsmiləşdirilib. Alqı-satqı zamanı yeni sahibin adına keçirilməsi tez, rahat şəkildə mümkündür. Qiymət real alıcı ilə, qarşılıqlı razılıq əsasında müzakirə olunacaq.
Zəng et
Bənzər elanlar