Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1066621
Haqqında məlumat
Sahə47.4 m2
Torpaq sahəsi12 sot
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Fərdi yaşayış evi Oğuz rayonunun Kərimli kəndində, 12 sot torpaq sahəsində yerləşir. Evin tikili sahəsi 47,4 kv.m-dir.
Həyətin özünün ətrafı hasara alınmayıb. Bununla belə, ümumilikdə 36 sot torpaq sahəsinin ətrafı hasarlanıb. Qeyd edək ki, həmin ərazi hər biri 12 sot olmaqla üç fərqli mülkiyyətçiyə məxsusdur.
Ev füsunkar dağ mənzərəsinə malikdir (mənzərə fotoda əks olunub).
Yaşayış evində elektrik enerjisi, qaz və su infrastrukturu mövcuddur. Sanitar qovşağın təşkili üçün quyu qazılıb və istifadəyə hazır vəziyyətdədir.
Evin ümumi vəziyyəti və yaşayış şəraiti qənaətbəxşdir.
Yerləşmə və məsafə:
Ev Kərimli kəndində, yerli sakinlər tərəfindən «Ziyarət təpəsi» adlandırılan ərazidən ana yola nisbətən sola və aşağı istiqamətdə yerləşir. Ana yoldan təxminən 900 metr məsafədə, avtomobillə 4–5 dəqiqəlik yoldur.
Ev turizm baxımından əlverişli mövqedə yerləşir və ətrafdakı turizm mərkəzlərinə yaxındır:
Şəki şəhəri – təxminən 30–31 km (avtomobillə 33 dəqiqə).
Qəbələ şəhəri – təxminən 35 km (avtomobillə 35 dəqiqə).
Sənədləşmə:
Daşınmaz əmlaka dair aşağıdakı sənədlər mövcuddur:
Torpaq sahəsinin çıxarışı;
Torpaq sahəsinin planı və ölçüsü;
Daşınmaz əmlakın çıxarışı;
Fərdi yaşayış evinin texniki pasportu.
Torpaq sahəsinin kateqoriyası: Yaşayış məntəqələrinin torpaqları.
Əlavə məlumat:
Əlaqə nömrəsi WhatsApp tətbiqində aktivdir. Evin video görüntüləri maraqlanan şəxslərə göndərilə bilər.