Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1065748
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
MetroKoroğlu
Sahə260 m2
Otaq sayı7 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Sabunçu rayonu, Məştağa qəsəbəsində, əsas yoldan çox da uzaq olmayan ərazidə 2 mərtəbəli, 260 kv.m sahəsi olan, 2.5 sot torpaq sahəsində inşa edilmiş lüks təmirli həyət evi satılır. Ev 7 otaqdan ibarətdir. Birinci mərtəbədə 3 yataq otağı, 1 geniş qonaq otağı, hamam otağı və sanitar qovşaq yerləşir. İkinci mərtəbədə isə 4 otaq, 1 qonaq otağı, hamam otağı və sanitar qovşaq mövcuddur. Hər iki mərtəbənin çöl hissədən ayrıca girişi var. Ev tam əşyalı şəkildə satılır. Bütün evdə isti döşəmə sistemi quraşdırılıb. Yüksək keyfiyyətli materiallardan istifadə olunaraq xüsusi zövqlə və lüks şəkildə təmir edilib. Birinci mərtəbədə yaşayış olmayıb, ikinci mərtəbədə isə müəyyən müddət yaşayış olub. Həyətində istirahət üçün xüsusi söhbətgah mövcuddur. Həyət tametlə döşənib və çox səliqəli vəziyyətdədir. Ətrafı yaşayış massividir, bütün zəruri kommunal xətlərlə təmin olunub. Həm geniş ailə, həm də iki ayrı ailənin rahat yaşaması üçün çox əlverişli və ideal evdir. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.Ciddi müştəriyə qiymətdə yüksək məbləğdə endirim ediləcək!