Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1065486
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroGənclik
Sahə30 m2
Mərtəbə6 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı1 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Gənclikdə İpotekaya Yararlı Yeni Tikili
Ev şəhərin mərkəzində yeni tikilidə yerləşir: SS Hall (köhnə Su Sonası / Çapayev) ilə üzbəüzdür, xəritədə ünvana nöqtə dəqiq qoyulub. Gənclik və Nərimanov metrolarına yaxındır. Heydər Əliyev Mərkəzinə piyada məsafədir. Ətrafda bütün ictimai iaşə obyektləri var: Bravo, Rahat, Araz və s.
ADA Universiteti, Dillər, Odlar Yurdu və s. də olduqca yaxındır.
Ev 10 il ərzində toplam 1 həftə boş qalmayıb, daimi müştərisi var, kirayə üçün 650 azn bazar dəyəridir, hazırki kiraçı çıxır və satışla əlaqədar yeni kiraçı axtarmamışam.
Ev 1 otaqdır, lakin lazım olan bütün əşyalarla təchiz olunub: Smart TV, soyuducu, paltaryuyan maşın və s. Qaz, su, işıq daimidir, indi də aktivdir. Heç bir borcu və s. yoxdur, tam hazır vəziyyətdədir.
Kompleksə giriş şlaqbaumladır, problemsiz yaşayış kompleksidir. İçəridə parkinq ödənişsizdir, maşını rahat saxlaya bilərsiniz.
Ev sahibiyəm, əlavə komissiya filan yoxdur, depozit tələbim yoxdur. Qiymət noyabr 2026 üçün nəzərdə tutulub. Bu ay satmasam, daha yuxarıya qoyacam.