Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
10.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1062201
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə300 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı5 otaq
Sulutəpə qəsəbəsi, Çiçək massivində 5 otaqlı həyət evi satılır.
Ev 4,7 sot torpaq sahəsində yerləşir və 1 mərtəbə ilə mansard hissədən ibarətdir. Ümumi sahəsi 300 m² olan evin 1-ci mərtəbəsində geniş zal, 3 yataq otağı, mətbəx və sanuzel yerləşir. Mansard hissəsi isə açıq vəziyyətdədir və istəyə uyğun otaqlara bölmək mümkündür.
Evdə su, qaz, işıq, telefon və internet daimidir. Kanalizasiya mövcuddur, həyətdə 6 tonluq su anbarı var. Həyətyanı sahədə nar, fındıq, əncir, armud, alma, gavalı, albalı, tut və digər meyvə ağacları mövcuddur.
Evin 1-ci mərtəbəsində təmir işlərinin böyük hissəsi görülüb, mansard hissəsi isə təmirsizdir. Hazırda evdə yaşayış var. Ev keyfiyyətli qoşa daşla tikilib, geniş və işıqlıdır.
Ərazi əlverişli yerdə yerləşir. Avtobus dayanacağına təxminən 100 metr məsafədədir. Yaxınlıqda bağça, məktəb, market və iaşə obyektləri mövcuddur.
Sənədi bələdiyyə sənədidir. Ofis haqqı: 1% KOD: 6666