Satılır 7 otaqlı həyət evi/bağ evi 200 m²
09.11.2026
Elan nömrəsi: 1056516
bina.az Mülkiyyətçi
125.000 AZN 625 AZN/m2 Satılır
Təmirsiz
Xudat. Xudat Qusar r-nu, Köhnə Xudat kəndi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
09.11.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 1056516
Haqqında məlumat
Sahə 200 m2
Torpaq sahəsi 21 sot
Otaq sayı 7 otaq
Sənəd Digər
Kredit Kreditsiz
Hamıya salamlar! Xahiş edirəm elanla bağlı zənglərinizi saat 10.00-dan 21.00-a gədər edəsiniz. Evi maşın və yaxud Bakıda olan əmlakla dəyişə də bilərəm (təklifinizi real qiymətləndirin) Qusarın mərkəzindən 2 km aralıqda yerləşən Köhnə Xudat kəndində, təmiri 80% bitirilmiş 7 otaqlı bağ evimi satıram. 2 mərtəbəli, mansardlı evdir, ümumi sahəsi 200 m2- dır + 50 m2 mansarddır. Ərazisi 21 sotdur, həyətdə bar verən çoxlu sayda müxtəlif növ meyvə ağacları var(qoz, fındıq, alma, tut, qilas,albalı, gavalı,çiyələk və s.) dəmir giriş qapıları və darvazası, plastik pəncərələr, həyətdə 30 m3 su anbarı və cirkab su üçün dərin quyu qazılmışdır.Yalnız zövqünüzə uyğun oboy və kafel-metlax vurdurmağınız qalıb,divarlar “mayak” ilə suvanıb, elektrik naqilləri cəkilib, tavana alçipan, döşəməyə hamar taxta vurulub, hər mərtəbədə sanitar qovşaq və mətbəx üçün yer ayrılıb ,1-ci mərtəbəyə çöldən daxil olmaq üçün 2 giriş qapısı var (ehtiyac olarsa özünüz 2-ci mərtəbədə yaşayaraq 1-ci mərtəbəni kirayə verə bilərsiniz və yaxud bütün mərtəbələrı və mansardı birləşdirmək üçün evin içindən dairəvi pilləkən quraşdıra bilərsiniz, bunun üçün xüsusi yer saxlanılıb), su, tv kabelləri, işıq, qaz xəttləri çəkilib və sayğacları quraşdırılıb, sənədləri qaydasındadır. Ev çox sakit və səfalı yerdədir, vasitəçi deyiləm, Bakıda yaşayıram, işimlə əlaqədar gəlib qala bilmədiyim üçün satıram. Tikintidə keyfiyyətli materiallardan istifadə olunmuşdur. Qonşuluqda evə və bağa daima qulluq edən etibarlı adam yaşayır.Kənddə 2 böyük ərzaq marketi vardır. Əlavə olaraq bu sahəyə bitişık olan torpaq (bağ 40 sot) sahəsini də sata bilərəm , təyinatı ev tikmək üçündür, sənədı çıxarışdır, sahədə bar verən çoxlu meyvə ağacları mövcuddur . Hamıya uğurlar!
Zəng et
Bənzər elanlar