Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1040410
Haqqında məlumat
Obyektin növüObyekt
KreditKreditsiz
HAZIR BİZNES SATILIR! – ASEL PARFÜM (ELMLƏR FİLİALI) Bakı şəhərinin ən gediş-gəlişli ərazilərindən birində, Elmlər Akademiyası ərazisində yerləşən ASEL PARFÜM mağazası tam hazır və işlək biznes kimi satışa çıxarılır. Biznes haqqında: Mağazanın daxilində 250 çeşiddən çox yüksək keyfiyyətli parfüm məhsulları mövcuddur. Brendin öz loqosuna uyğun hazırlanmış xüsusi qablaşdırmalar, premium şüşə flakonlar və satış üçün bütün zəruri məhsul və avadanlıqlar tam şəkildə mövcuddur. Bizneslə birlikdə təqdim olunur: * 250-dən çox çeşiddə yüksək keyfiyyətli parfüm məhsulları; * ASEL PARFÜM loqosuna uyğun xüsusi qablaşdırmalar; * Premium şüşə flakonlar və satış ləvazimatları; * Tam rəsmi kassa və satış sistemi; * Hazır reklam və vizual tanıtım sistemi; * Peşəkar işıqlandırma sistemi; * Səs sistemi; * Təhlükəsizlik və müşahidə kameraları sistemi; * İnternet infrastrukturu; * Tam təchiz olunmuş və fəaliyyətə hazır mağaza. Məkanın üstünlüyü: Mağaza müştəri axınının yüksək olduğu, gediş-gəlişin intensiv olduğu ərazidə yerləşir. Ətrafında 4 universitetin tələbələrinin hərəkət etdiyi əsas keçid istiqamətlərindən biri olduğuna görə mağazanın müştəri potensialı yüksəkdir. Bu, sıfırdan biznes qurmaq istəyənlər üçün deyil, artıq qurulmuş, bütün infrastrukturu hazır olan və fəaliyyət göstərən biznesi təhvil almaq istəyənlər üçün əla fürsətdir. Satış səbəbi: Ölkə xaricinə köçməklə əlaqədar. VACİB QEYD! * Biznes yalnız tam şəkildə, hazır fəaliyyət göstərən biznes kimi satılır. * Yalnız obyektin özünü və ya mağazanın içərisindəki avadanlıqları almaq istəyən şəxslər narahat etməsin. * Qiymət və digər detallarla bağlı yalnız ciddi və real alıcılar əlaqə saxlaya bilər. ASEL PARFÜM – sıfırdan başlamağa ehtiyac yoxdur, hər şey hazırdır!