Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1039594
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə186 m2
Mərtəbə11 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
GƏNCLİKDƏ, SAHİL YAŞAYIŞ KOMPLEKSİNDƏ KUPÇALI, İPOTEKAYA YARARLI, 4 OTAQLI MƏNZİL SATILIR! Nəsimi rayonunun əlverişli və prestijli ərazilərindən birində, Mirəli Qaşqay küçəsində yerləşən Sahil yaşayış kompleksində geniş, tam təmirli və əşyalı mənzil satışa təqdim olunur. Gənclik metrosuna piyada məsafədə, Nəsimi bazarının və yeni salınmış parkın yaxınlığında yerləşən mənzil həm rahat yaşayış, həm də investisiya üçün əla seçimdir. Mənzil 18 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 186 m²-dir və qanuni 4 otaqdan ibarətdir. Geniş və funksional planlaşdırmaya malik olan mənzil tam yelçəkəndir. İki eyvanı, ayrıca mətbəxi və rahat otaq bölgüsü mövcuddur. Mənzil keyfiyyətli materiallardan istifadə edilməklə zövqlə təmir olunub və tam əşyalı şəkildə satılır. Mətbəx mebeli də mənzilin qiymətinə daxildir. Qaz, su və işıq daimidir, istilik sistemi kombidir. Mənzilin çıxarışı mövcuddur və ipoteka kreditinə yararlıdır. Kompleksin yerləşdiyi ərazi inkişaf etmiş infrastruktura malikdir. Yaxınlıqda Gənclik metrosu, Nəsimi bazarı, park, məktəblər, uşaq bağçaları, marketlər, apteklər və müxtəlif ticarət-xidmət obyektləri yerləşir. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir