Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
04.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1037424
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroNizami
Sahə84 m2
Mərtəbə16 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
NİZAMİ METROSUNDA TƏRƏQQİ MTK-DA EKSKLÜZİV MƏNZİL SATILIR
Dəniz panoraması, zövqlə hazırlanmış interyer və yüksək səviyyəli yaşayış komfortu bir arada! Tərəqqi MTK-da yerləşən, xüsusi dizaynı və möhtəşəm mənzərəsi ilə seçilən eksklüziv mənzil satışa təqdim olunur.
Mənzil 18 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Ümumi sahəsi 84 m² olan mənzil 3 otaq studiodan ibarətdir. Bütün pəncərələrdən və balkondan açılan geniş dəniz panoraması, eləcə də Bayraq Meydanına mənzərəsi mənzilə xüsusi üstünlük və fərqli atmosfer qazandırır.
Mənzil bütün mebel və məişət əşyaları ilə birlikdə satılır. İki sanitar qovşağı mövcuddur. Mənzildə indiyədək yaşayış olmayıb və kirayəyə verilməyib. Yeni sahibi üçün ilk gündən yaşayışa hazır vəziyyətdədir.
Sənədləri tam qaydasındadır: çıxarış (kupça) mövcuddur, ipotekaya yararlıdır və şəxsi mülkiyyətdir. Mənzildə qeydiyyatda heç kim yoxdur.
Tərəqqi MTK sakinlərinə rahat və təhlükəsiz yaşayış şəraiti təqdim edir. Kompleksdə yeraltı qaraj, abadlaşdırılmış həyət, uşaq meydançası və 24/7 mühafizə xidməti mövcuddur.
Dəniz və Bayraq Meydanına möhtəşəm panoraması, premium dizaynı, keyfiyyətli materialları və tam əşyalı olması ilə seçilən bu mənzil xüsusi zövqə malik alıcılar üçün nadir təklifdir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir