Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
03.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1030920
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə200 m2
Torpaq sahəsi3 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Abşeron rayonu, Saray qəsəbəsində, Duz gölünün yaxınlığında yerləşən, möhkəm tikiliyə malik, tam təmirli fərdi yaşayış evi satılır. Ev 2 mərtəbə və 1 mansarddan ibarətdir. Şəkillərdə göründüyü vəziyyətdədir, təmirlidir və yaşayış üçün bütün şərait mövcuddur. Tikinti zamanı keyfiyyətli materiallardan istifadə olunub. Mərtəbələrarası örtüklər monolit betondan, pilləkənlər isə betondan inşa edilib. Evin zirzəmisi də mövcuddur. Evdə 2, həyətdə isə əlavə 1 sanitar qovşaq yerləşir. Qaz, su və elektrik enerjisi daimidir. Ev bütün mebel və məişət əşyaları ilə birlikdə satılır. Hətta pərdələr də yeni sahibinə qalacaq. Əlavə əşya almadan köçüb yaşamaq mümkündür. Əmlak gözəl və əlverişli ərazidə yerləşir. Evə gedən yolda asfalt örtüyünün çəkilməsi işləri aparılır. Sənəd: Paket çıxarış (kupça). Ev birbaşa mülkiyyətçi tərəfindən satılır. Qiymət ciddi alıcı ilə üzbəüz görüş zamanı müzakirə ediləcək və münasib endirim olunacaq. Vasitəçilər (maklerlər) də əlaqə saxlaya bilərlər. Əməkdaşlığa açığam.