Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1028500
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə210 m2
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xəzər rayonu, Buzovna qəsəbəsinin tam mərkəzində, yüksək infrastruktura malik ərazidə, Zagulba Mall və Favorit marketin qarşısındakı küçədə, Zağulba prospektinə çox yaxın məsafədə 2 mərtəbəli mülk satılır.
Mülk 2,5 sot torpaq sahəsində yerləşir və ümumi tikili sahəsi 210 kvadratmetrdir. Ev yüksək keyfiyyətlə inşa olunub. Mərtəbələrarası konstruksiya monolit betondur. Hər iki mərtəbə təmirli və yaşayış üçün hazır vəziyyətdədir.
Birinci mərtəbə geniş dəhlizdən, 9×5 metr ölçüdə böyük zaldan, kiçik mətbəxdən, sanitar qovşaqdan və avtomobil qarajından ibarətdir. İkinci mərtəbədə isə 4 geniş və hündür tavanlı otaq, dəhliz, sanitar qovşaq və geniş açıq eyvan mövcuddur. Evin istilik sistemi kombidir.Evin girişi birbaşa küçədəndir. Qarşısında kiçik həyəti və əlavə əl damı var. Küçə asfalt örtüklüdür və dövlət tərəfindən işıqlandırılır. Mülk bütün kommunal xidmətlərlə təmin olunub.
Ərazinin yerləşdiyi mövqe olduqca əlverişlidir. Marketlər, ticarət obyektləri və digər zəruri infrastruktur obyektləri yaxın məsafədədir.Həm keyfiyyətli tikili, həm də ideal yerləşmə baxımından çox əlverişli mülkdür.