Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.11.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1022869
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroHəzi Aslanov
Sahə105 m2
Mərtəbə10 mərtəbə
Binanın mərtəbə sayı46 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
ƏHMƏDLİDƏ İDEAL TƏMİRLİ, YENİ MEBELLİ 3 OTAQLI MƏNZİL SATILIR!
Əhmədli qəsəbəsində, Nəsrəddin Tusi küçəsində yerləşən 16 mərtəbəli müasir yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan qanuni 3 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil yüksək zövqlə, keyfiyyətli inşaat materiallarından istifadə edilməklə ideal şəkildə təmir olunub. Təmir zamanı hər bir detal nəzərə alınıb, mənzilin rahatlığı və funksionallığı ön planda saxlanılıb. Mənzil yeni mebellərlə təchiz olunub və yaşayış üçün tam hazır vəziyyətdədir. Alıcı əlavə xərc çəkmədən mənzilə köçüb rahatlıqla yaşaya bilər.
Mənzilin üstünlükləri:
* 105 kv.m geniş və funksional sahə
* Qanuni 3 otaq
* 16 mərtəbəli binanın 10-cu mərtəbəsi
* İdeal və yüksək keyfiyyətli təmir
* Yeni və müasir mebellər
* Fərdi kombi istilik sistemi
* Bütün mənzildə isti döşəmə sistemi
* Rahat və əlverişli mənzil planlaşdırılması
Sənədləşmə: Mənzilin çıxarışı (kupçası) var. Dövlət ipotekasına yararlıdır.
Binanın və ərazinin üstünlükləri:
Bina Əhmədlinin əlverişli və yaşayış üçün perspektivli ərazilərindən birində, Nəsrəddin Tusi küçəsində yerləşir. Ətrafda gündəlik yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur. Yaxınlıqda marketlər, supermarketlər, məktəblər, uşaq bağçaları, apteklər, ticarət və xidmət obyektləri fəaliyyət göstərir. İctimai nəqliyyatdan istifadə baxımından da əlverişli mövqedə yerləşir.
Həm ailəvi yaşayış, həm də gələcəkdə dəyərini qoruyub saxlayacaq mənzilə investisiya etmək istəyənlər üçün əla seçimdir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz!
Xidmət haqqı alıcı tərəfdən 1% təşkil edəcəg.