Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
30.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1018385
Haqqında məlumat
Sahə6 m2
SənədÇıxarışlı
KreditKreditlə
Hövsan qəsəbəsində “Prokurorluq bağları” adlanan çox prestijli ərazidə xüsusi mülkiyyətdə olan 6 sot (30x20 m.) torpaq sahəsi satılır. “Antalya” restoranının yaxınlığında, əsas avtomobil yoluna və dəniz çimərliyinə 150-200 m. məsafədə yerləşir. Ərazinin yaxınlığında yeni çimərlik açılmışdır. Torpağın çıxarışı və texniki pasportu vardır, yaşayış məntəqələri kateqoriyasına aiddir. Fərdi yaşayış evi tikintisi üçün çox əlverişlidir. Ətrafında villa tipli fərdi yaşayış evləri tikilmişdir. Torpaq sahəsinə şəhərdən gələn yola hazırda asfalt döşənir və yol genişləndirilir. Torpaq sahəsi 2 metrdən çox hündürlükdə tam hasarlanmışdır. İçərsində istifadəyə yararlı 4 ədəd beton plitə vardır. İşıq, qaz, telefon, kabel televiziyası və internet xətləri hasarın yanından keçir. Real alıcı torpağın yerləşdiyi məkana gedib yerində baxa bilər (Yerləşmə yerini qeyd etmişəm).