Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
29.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 1014261
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə200 m2
Otaq sayı8 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Pirşağı kəndində, sakit və rahat bir ərazidə 7.7 (real 8 sot) sot torpaq sahəsində tikilmiş şəxsi həyət evi satışa çıxarılır. Ev 2 mərtəbəlidir, ümumi sahəsi 200 kv.m-dir və ümumilikdə 8 otaqdan ibarətdir. Üst mərtəbədə orta təmirli 4 otaq və 1 hamam yerləşir. Alt mərtəbədəki 4 otaq isə podmayak formadadır, alıcı öz istəyinə uyğun təmir edə bilər. Həyətdə dincəlmək üçün rahat besedka, əlavə tualet, heyvan saxlamaq üçün hin və 4 tonluq yeraltı beton su çəni var. Həyətyanı ərazidə müxtəlif növ bar verən meyvə ağacları mövcuddur. Təhlükəsizlik üçün həyət 4 tərəfdən kamera nəzarət sistemi ilə təchiz edilib. Torpağın sənədi 7.7 sot üzrə tikinti təyinatlı Çıxarışdır (Kupça). Yerləşmə yeri çox əlverişlidir. Ev ana yoldan 350 metr, orta məktəbdən 450 metr, avtobus dayanacağından 550 metr, marketdən 600 metr, Pirşağı dəmiryol vağzalından 1.2 km və dəniz sahilindən 1.2 km məsafədə yerləşir. Evin yerləşdiyi zona "Qədim Kənd Layihəsi" ərazisinə daxildir. Ərazi Balaxanı və Əhmədli kəndləri kimi dövlət tərəfindən abadlaşdırılacaq, küçə və infrastrukturu yenilənəcəkdir. Həm rahat yaşayış, həm də gələcəyə investisiya üçün çox əlverişli variantdır. Hazırda evdə ailəmiz yaşayır. Real alıcıya cüzi endirim olacaq.