Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Sahə
180 m2
Otaq sayı
4 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
Sizə ekoloji təmiz Mərdəkan qəsəbəsində 6 Sotda 1 mərtəbə 180 kv.m 4 otaqlı super bağ evini təklif edirik. Bağ evi zal, mətbəx, 3 yataq otağı, qarderob, holl və 2 sanuzeldən ibarətdir. Otaqlarda asılmış pərdə və lyüsturları, divar rəsmləri, qonaq və yataq otağı mebelləri, tv-lər, kondisionerlər, mətbəx mebeli, hündür tavanları, duş kabinalı sanuzeli, quraşdırılmış işıqlandırma sistemi var. Ev yüksək zövq və keyfiyyətlə təmir olunub. Su, qaz, işıq daimidir. İstilik sistemi kombidir, isti döşəməsi var. Həyətində geniş filterli hovuzu, manqalxana, maşın saxlamaq üçün yer, besedka, stol-stul, yay mətbəxi, pultla idarə olunan darvaza, dekorativ ağacları və gülləri, meyvə ağacları, su anbarı, sensorlu gecə işıqları var. 4 mövsüm yaşamaq üçün əlverişlidir. Yolu qapıya kimi asfaltdır. Kupçası (Çıxarışı) var. Start qiyməti 395 000 AZN.